Arxiv
ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

DOI:  https://doi.org/10.36719/2789-6919/45/63-66

Səbinə Nəcəfova

Bakı Dövlət Universiteti

doktorant

https://orcid.org/0009-0003-5398-6491

sabina_aliyeva_711@mail.ru

 

Zoonimlərdən antroponimlərə: Azərbaycan və Rusiya mədəniyyətlərində heyvan adlarının şəxsi adlara və soyadlara təsiri

 

Xülasə

 

Bu məqalədə zoonimlərin (heyvan adlarının) Azərbaycan və rus mədəniyyətlərində şəxs adlarının və soyadlarının formalaşmasına təsiri izlənir. Rus antroponimiyasına birbaşa heyvan adlarından (məsələn, Lisiçkin, Medvedev, Volkov) törəmə soyadların geniş spektri daxil olduğu halda, Azərbaycan ənənəsində zoonimlərə daha çox şəxs adlarında (məsələn, Ceyran, Maral, Aslan, Şirxan) rast gəlinir.

Məqalədə bu fərqlərə təsir edən dil, mədəni və tarixi amillər, eləcə də hər bir mədəniyyətdə heyvanların simvolik qavranılması araşdırılır. Müqayisəli təhlil antroponimik sistemlərdə zoonimlərin istifadəsində əks olunan şəxsiyyətin dəyərlərini və xüsusiyyətlərini müəyyən etməyə imkan verir.

Açar sözlər: zoonim, antroponim, şəxs adları, soyadları, rus dili


Baxış: 93