Arxiv
Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Xəyal Sahib oğlu Abbaszadə
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası
magistrant
abbaszadexeyal4@gmail.com

BEYNƏLXALQ HÜQUQDA İNSAN HÜQUQ VƏ AZADLIQLARININ
 MƏHDUDLAŞDIRILMASI MƏSƏLƏSİ
Xülasə
Bu məqalədə əsas insan hüquq və azadlıqlarının məhdudlaşdırılmasının mahiyyətinə dair hüquqi baxışların təkamülünə nəzər salınmaqla, insan hüquq və azadlıqlarının məhdudlaşdırılması hüquqi kateqoriyasının məzmunu açıqlanır, hüquq və azadlıqların məhdudlaşdırılması məqsədləri, vasitələri və hədləri, insan hüquq və azadlıqlarının məhdudlaşdırılması sahəsində beynəlxalq hüququn yeri və rolu aydınlaşdırılır, məhdudlaşdırılma standartları, eyni zamanda heç bir məhdudiyyətə məruz qalmayan hüquq və azadlıqları təhlil edilir, normal şəraitdə eləcə də fövqəladə vəziyyətdə yol verilən insan hüquq və azadlıqlarının məhdudlaşdırılması məsələsi şərh olunur. Məqalənin məqsədi həmçinin, əsas insan hüquq və azadlıqlarına qoyulan məhdudiyyətlərin anlayışını və məzmununu açmaq, insan hüquq və azadlıqlarının qanuni məhdudlaşdırılması sahəsində beynəlxalq hüquq normalarını təhlil etmək, beynəlxalq hüquqda məhdudlaşdırılma sistemini göstərmək və bu sahədə mövcud çatışmazlıqları müəyyən etməkdən ibarətdir. 
Açar sözlər: Beynəlxalq hüquq, insan hüquq və azadlıqları, Avropa Konvensiyası, məhdudlaşdırma, mütənasiblik







Baxış: 677