Arxiv
Elmi iş - 2024
Səbinə Namiq qızı Cəfərova
Bakı Slavyan Universiteti
doktorant
sabina_16_86@mail.ru
“ƏKİNÇİ” QƏZETİNDƏ DƏRC OLUNAN MƏQALƏLƏRİN
AZƏRBAYCANDA AİLƏ TƏRBİYƏSİNİN İNKİŞAFINA TƏSİRİ
AZƏRBAYCANDA AİLƏ TƏRBİYƏSİNİN İNKİŞAFINA TƏSİRİ
Xülasə
Milliətin tərəqqisi və milli şüurunun oyanması, özünüdərk prosesi və dünya sivilizasiyasının yeni tövhələrindən yaranmasında mətbuatın özünəməxsus yeri vardır. Azərbaycanın demokratik ruhlu pedaqoji ideyalarının inkişafın ilk mətbu orqan təməli 1875-ci ildə qoyulan “Əkinçi” qəzetinin yaranması ilə bağlı olmuşdur. “Əkinçi”nin meydana gəlməsi Azərbaycanın istər ictimai-siyasi, istər mədəni-maarif sahəsində vacib hadisələrdən biri hesab edilirdi. Azərbaycanda qəzet və jurnallarda da əsas aparıcı mövzu xalqın maarifləndirilməsi, mədəniyyət, təhsil, ailələrin müasir dövrün tələblərinə uyğun olaraq övladlarını tərbiyəsi, bu problemlərin mətbuatda işiqlandırılması məsələləri idi.
Məqalədə “Əkinçi” qəzetində dərc olunan nəşrlərdə sosial quruluş, ailə münaqişələri, uşaqların təhsil səviyyəsinin aşağı olması məsələləri araşdırılır. Qəzetdə dərc olunan məqalələr uşaqları elmə səsləyir, valideynlərə övladlarını millətin, Vətənin gələcəyi naminə böyütmələri tövsiyə olunurdu.
Açar sözlər: ailə, tərbiyə, cəmiyyət, elm, xalq, maarif
Sabina Namig Jafarova
Influence of articles published in the “Akinchi” newspaper on
the development of family upbringing in Azerbaijan
the development of family upbringing in Azerbaijan
Abstract
The press occupies a special place in the progress of the nation and the awakening of national self-awareness, the process of self-awareness and the emergence of new contributions to world civilization. The development of democratic pedagogical ideas in Azerbaijan was associated with the creation of the newspaper "Akinchi", which was considered the first press organ of development and was founded in 1875. The formation “Akinchi” was one of the most important events in the socio-political, cultural and educational life of Azerbaijan. The main topics of newspapers and magazines of Azerbaijan were the issues of enlightenment of the people, culture, education, upbringing of children in accordance with the requirements of modernity, coverage of these problems in the media.
The article addresses issues of social order, family conflicts, low level of education of children in publications published in the newspaper "Akinchi". Most of the articles published in the newspaper called the children to science, and the parents advised to bring up the children in the name of the future nation and homeland.
Key words: family, upbringing, society, science, nation, education
Baxış: 652