Arxiv
Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Araz Səlimxan oğlu Bədəlov
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)
magistrant
araz.badalov36@gmail.com

KREDİT ANLAYIŞI VƏ ƏHALİNİN KREDİTLƏŞMƏSİNİN İQTİSADİYYATDA ROLU
Xülasə
İstehlak kreditləri günümüzdə ən aktual olan kreditin təzahür formalarından biridir. Bəzi hallarda istehlak kreditləri ilə bank kreditləri anlayışları eyniləşdirilir və yaxud da qarışdırılır. Lakin bu iki anlayış arasında kəskin fərqlər mövcuddur. Belə ki, istehlak kreditləri əhalinin ayrı-ayrı təbəqələrinin, fiziki və hüquqi şəxslərin zəruri ehtiyaclarını ödəmək məqsədilə verilən kredit növüdür. Bu forma istər pul formasında, istərsə də hər hansısa bir əmtəənin satın alınmasında iştirak edə bilər. Bu səbəbdən də istehlak kreditlərinin subyekti kimi yalnız banklar deyil, eyni zamanda da bank olmayan kredit təşkilatları və alış-veriş əməliyyatlarını həyata keçirən hüquqi şəxslər də çıxış edə bilər. 
Açar sözlər: əhalinin kreditləşməsi, kredit əməliyyatları, kreditin funksiyaları, iqtisadiyyat, istehlak kreditləri

Araz Salimchan Badalov
The concept of credit and the role of crediting in the economy
Abstract
Consumer loans are one of the most relevant forms of credit today. In some cases, the concepts of consumer loans and bank loans are equated or confused. However, there are sharp differences between these two concepts. Thus, consumer loans are a type of credit provided to meet the needs of certain segments of the population, individuals and legal entities. This form can be used in the form of money or in the purchase of any commodity. For this reason, not only banks, but also non-bank credit organizations and legal entities engaged in purchasing operations can act as subjects of consumer loans.
Key words: population lending, credit operations, credit functions, economy, consumer loans




Baxış: 554