DOI: https://doi.org/10.36719/2706-6185/10/5-8

Fatimə İman qızı İmanzadə

Azərbaycan Dövlət Pedaqoji Universiteti

magistrant fatime.iman0228@gmail.com



                     QEYRİ-ÜZVİ KİMYA KURSUNUN MƏZMUNU VƏ STRUKTURUNUN İZAHI


                                                                       Xülasə

Məqalədə məktəb kimya kursunun məzmun sistemləri (sahələri) nəzərdən keçirilir, Azərbaycan Respublikasının ümumtəhsil məktəblərində didaktikanın və metodikanın ümumi prinsipləri təsnif edilir və açıqlanır, kursun məzmunu seçərkən kimya fənninin kurikulumunun müasir tələbləri verilir. Məktəb kimya dərsliklərinin məzmunu əsasən kimya elminin ən vacib sahələrindən götürülmüş, didaktik baxımdan işlənmiş və ümumiləşdirilmiş, şagirdlərin qavraya biləcəyi formada şərh edilmiş məlumat­lar­dan ibarət olur. Məktəb kimya kursunun məzmunu, eləcə də strukturu müəyyənləşdirilərkən didaktikanın və metodikanın ümumi prinsipləri, həmçinin dövrün, zamanın tələbləri nəzərə alınmalıdır.  Kimya fənninin dəqiq elmi sübutları tələbələrdə didaktik materializm dünyagörüşünün formalaşması, möhkəm əqidə və inamın yaradılması, vətənə məhəbbət hissinin tərbiyə edilməsi üçün geniş imkanlar vardır.  

Açar sözlər: məzmun, struktur, didaktika, metodika, maddi aləm, məzmun xətti, fəaliyyət xətti, eksperiment, idraki əhəmiyyət, praktik əhəmiyyət


Fatima Iman Imanzade 

Azerbaijan State Pedagogical University

master student

fatime.iman0228@gmail.com


                         The content of inorganic chemistry course and explanation of structure


                                                                          Abstract

The article deals with the system (areas) of school course content, contemporary requirements of chemistry curriculum when selecting content at secondary schools of Azerbaijan Republic. The content of school chemistry textbooks consists of information taken from the most important fields of chemistry, developed and summarized from a didactic point of view, and interpreted in a form that students can understand. When determining the content and structure of the school chemistry course, the general principles of didactics and methodology, as well as the requirements of the era and time, should be taken into account. Modern requirements to the structure of school course in chemistry and stages of learning on the principle of concentric features are also described in the article. The exact scientific proofs of chemistry have wide opportunities for students to form a didactic materialistic worldview, to create strong beliefs and confidence, and to cultivate a sense of love for the motherland. 

Keywords: content, structure, didactics, methods, material world, content line, activity line, experiment, cognitive significance, practical significance


Baxış: 481