Arxiv
Elmi iş - 2024
Ləman Amil qızı Amil
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)
magistrant
amil.leman@mail.ru
ƏMLAK VERGİLƏRİNİN HESABLANMASI VƏ TUTULMASININ DÜNYA TƏCRÜBƏSİ
Xülasə
Əmlak vergisi hal-hazırda dünyanın 120-dən çox ölkəsində tətbiq edilməkdədir. Əmlak vergisinin tətbiq edildiyi ölkələrin əksəriyyətində büdcə gəlirlərində əmlak vergisi üzrə daxilolmaların payı təxminən 1-3% arasında dəyişir. Qeyd etmək lazımdır ki, ABŞ-da həmin göstərici hətta doqquz faizə qədər hesab olunur . Əmlak vergisi üzrə mədaxilin Ümumi Daxili Məhsuldakı dəyəri Kanada, İngiltərə, Amerika Birləşmiş Ştatları, Yaponiya və Fransa kimi inkişaf etmiş ölkələrdə müxtəlif göstəricilərə malikdir. Azərbaycan Respublikasında isə fiziki və hüquqi şəxslərdən tutulan əmlak vergisi mədaxilinin Ümumi Daxil Məhsuldakı dəyəri təxminən 0,3%-a bərabərdir. Azərbaycan Respublikasındakı əmlak vergisinin göstərici səviyyəsi Avstraliya və Avstriya ilə eyni səviyyədədir.
Açar sözlər:əmlak vergisi, dünya təcrübəsi, büdcə, torpaq vergisi, ümumi daxili məhsul
Laman Amil Amil
World experience of calculation and determination of property taxes
Abstract
Property taxes are currently applied in more than 120 countries around the world. In most countries where property taxes are applied, the share of property tax revenues in budget revenues varies between about 1-3%. It should be noted that in the United States, this figure is as high as nine percent. The value of property tax revenue in GDP varies in developed countries such as Canada, the United Kingdom, the United States, Japan and France. In the Republic of Azerbaijan, the value of property tax income from individuals and legal entities in the Gross Domestic Product is about 0.3%. The indicator level of property tax in the Republic of Azerbaijan is the same as in Australia and Austria.
Key words: property tax, world experience, budget, land tax, gross domestic product
Baxış: 474