Arxiv
Elmi iş - 2024
Yasin Qaibqulu oğlu Gözəlov
Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu
elm şöbəsinin müdiri
gozelov.yasin@mail.ru
Mehri Rafael qızı Xəlilova
Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu
laboratoriya müdiri
me-can@mail.ru
DOVŞANÇILIQDA XƏTTARASI HİBRİDLƏŞMƏDƏN İSTİFADƏ ETMƏKLƏ
ALINAN BALALARDA İRSƏN KEÇMƏ, MƏHSULDARLIQ İNDEKSİ VƏ
SELEKSİYA SƏMƏRƏLİLİYİNİN ÖYRƏNİLMƏSİ
ALINAN BALALARDA İRSƏN KEÇMƏ, MƏHSULDARLIQ İNDEKSİ VƏ
SELEKSİYA SƏMƏRƏLİLİYİNİN ÖYRƏNİLMƏSİ
Xülasə
Dovşançılıqda təmizlikdə yetişdirmə və çarpazlaşmadan istifadə edərək yeni cins yaratma zamanı aparılan seleksiya damazlıq işinin özünün xüsusiyyətləri vardır. Dovşançılıqda yetişdirmənin iki üsulu tətbiq edilir. Təmizlikdə yetişdirmə, Çarpazlaşdırma.
Təmizlikdə yetişdirmə zamanı erkək və dişi dovşanlar eyni cinsdən olur. Yüksək məhsuldar dovşan cinsləri üzərində aparılan damazlıq işi üçün təmiz yetişdirmə üsulunun böyük əhəmiyyəti vardır. Bu üsulun bioloji xüsusiyyəti bundadır ki, təmiz dovşan cinsləri özlərinə xas olan əlaməti və keyfiyyətlərini nəslinə sabit şəkildə irsən verir və həmin irsi keyfiyyəti daha da möhkəmlədir.
Dovşançılıqda hər hansı bir cinsi təmizlikdə yetişdirdikdə əsas cinsin yüksək məhsuldarlıq və damazlıq keyfiyyəti mühafizə edib, möhkəmləndirmək, cinsin sayını artırmaq, cinsi gələcəkdə daha da təkmilləşdirmək kimi məqsədləri qarşıya qoyulur.
Çarpazlaşdırma zamanıyüksək keyfiyyətli konstitusiya, eksteryerli və məhsuldarlığa malik olan dovşan cinslərindən istifadə edərək yeni mələzlər almaq olar. Alınan nəsldə balalar daha qabarıq əlamətlərə görə seçilir və arzu olunan tiplər yaradılır.
Yuxarıda deyilənləri əsas götürərək, çarpazlaşma zamanı növbəti qaydalar nəzərə alınmışdır.Uyğun gələn cinslər seçilmiş, daha məhsuldar heyvanlardan istifadə edilmiş,düzgün hədəf müəyyən edilmiş, daha keyfiyyətli əlamətlər möhkəmləndirilmişdir.
Açar sözlər: yetişdirmə, dovşan cinsləri, yeni dovşan tipləri, irsən keçmə, məhsuldarlıq indeksi. seleksiya səmərəliliyi
Yasin Gozalov Gaibgulu
Mehri Khalilova Rafael
Study of heredity, fertility index and selection efficiency in chicks obtained
using risk hybridization in rabbit breeding
using risk hybridization in rabbit breeding
Abstract
In rabbit breeding, the selection and breeding work carried out during the creation of a new breed using purebred breeding and crossbreeding has its own characteristics. There are two methods of breeding rabbits. Cultivation in purity, Crossing.
Male and female rabbits are of the same sex during purebred breeding. A clean breeding method is of great importance for breeding on high-yielding rabbit breeds. The biological feature of this method is that purebred rabbits inherit their characteristic traits and qualities from their offspring in a stable way, and this hereditary quality is further strengthened.
In rabbit breeding, the goal is to maintain and strengthen the high productivity and breeding quality of the main breed, to increase the number of breeds, and to further improve the sex in the future.
During crossbreeding, new breeds can be obtained using rabbit breeds with high quality constitution, exterior and productivity. In the obtained offspring, the offspring are selected according to the more prominent features and the desired types are created.
Based on the above, the following rules were taken into account during crossing. Suitable breeds were selected, more productive animals were used, the correct target was set, and better quality traits were strengthened.
Key words: breeding, rabbit breeds, new types of rabbits, inheritance, fertility index. selection efficiency
Baxış: 462