Arxiv
Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Omriyya Intigam Ahadova
Shahid Beheshti University
doctoral student
ahadovaomriyye@mail.ru
https://orcid.org/0000-0002-9442-8459

THE ECONOMIC FACTORS BEHIND IRANIAN IMMIGRATION
 IN THE 19TH CENTURY
Abstract
One of the main reasons for migration can be the economic conditions at any time. The Gajar era in the history of Iran was the beginning of political, social, cultural, and economic developments in the face of Western civilization, and Azerbaijan was the main center for exporting immigr ants to the Caucasus, which in turn was the result of Iran's nationwide economic stagnation on the one hand, and the result of attractive fields on the other hand. Employment was beyond the borders, especially in the Caucasus. Therefore, the current research, relying on the social, economic, and historical situation prevailing in Iran in the 19th century, examines the economic conditions of Iranian migration to the South Caucasus with two different approaches.
 In the first approach, it deals with the role of internal factors in Iran's economy, the ruling tyranny, the state of society, industry, and trade, and the second approach includes the role of external factors, the development of foreign trade, and the influence of foreign capital in Iran's economy. The focus of the historiographical analysis of the articles is what dimensions of the identity of Iran's economy in the first half of the 19th century. How the historiographical sources played the social economic role in representing its meanings and concepts?
Based on reliable domestic and foreign sources, in response to issues such as the reason for the migration of Iranians to the South Caucasus and the prevailing social and economic conditions in the 19th century.
Keywords: Iranian history, Gajar, economy, economic factors, industry oil, trade and immigration

Ömriyyə İntiqam qızı Əhədova

XIX əsrdə İran immiqrasiyasının arxasında dayanan iqtisadi amillər
Xülasə
Miqrasiyanın əsas səbəblərindən biri kimi daim iqtisadi şəraiti ön plana çəkmək olar. İran tarixində Qacar dövrü Qərb mədəniyyəti ilə qarşılıqlı şəkildə iqtisadi, mədəni, siyasi dəyişikliklərin başlanğıcı idi və Azərbaycan mühacirlərin Qafqaza emiqrasiyasının əsas mərkəzi olmuşdur ki, bu da öz növbəsində bir tərəfdən İranı öz cənginə alan iqtisadi tənəzzülün, digər tərəfdən isə sərhəddən o tərəfdə, xüsusilə Qafqazda cəlbedici məşğulluq sahələrinin mövcudluğunun nəticəsi idi. Odur ki, bu məqalədə XIX əsrdə İranda hakim olan iqtisadi, ictimai və tarixi vəziyyətə əsaslanaraq iranlıların Cənubi Qafqaza emiqrasiyasının iqtisadi zəmini iki fərqli yanaşma çərçivəsində tədqiqata cəlb edilir. Birinci yanaşmada İran iqtisadiyyatının daxili vəziyyəti, hakim zümrənin zorakılığı, sosial şərait, sənaye və ticarət məsələləri təhlil edilir, ikinci yanaşma isə İran iqtisadiyyatında xarici amillərin rolu, xarici ticarətin inkişafı, xarici kapitalın İran iqtisadiyyatındakı təsirinə əsaslanan tədqiqatı özündə ehtiva edir. 
Məqalə müəllifinin tarixi təhlilinin diqqət mərkəzində XIX əsrin birinci yarısında İranın iqtisadi kimliyinin hansı sərhədlərə malik olması və ona məxsus məna və məfhumların yenidən ifadə edilməsində tarixi mənbələrin hansı iqtisadi-ictimai rolu oynaması problemi yer almışdır. Bu baxımdan adıçəkilən tədqiqat iranlıların Cənubi Qafqaza mühacirətinin səbəbləri və XIX əsrdə hökm sürən iqtisadi və sosial vəziyyət haqqında mötəbər daxili və xarici mənbələrə əsaslanaraq, təsviri və analitik təhlil metodları əsas alınmaqla hazırlanmışdır. 
Açar sözlər: İran tarixi, Qacar, iqtisadiyyat, iqtisadi faktor, neft sənayesi, ticarət və emiqrasiya




Baxış: 495