Arxiv
Elmi iş - 2024
Minaxanım Əfqan qızı Hacıyeva
Azərbaycan Dillər Universiteti
filologiya üzrə fəlsəfə doktoru
lehrerin81@mail.ru
“DİL OYUNU” VASİTƏSİLƏ MANİPULYATİV STRATEGİYA
Xülasə
Məqalədə “dil oyunu” fenomeni araşdırılır. Bu, dilçiliyin ən aktual problemlərindən biridir. Kodlaşdırma-dekodlaşma prosesində bu anlayışlar spesifik xüsusiyyətlərinə görə seçilir. Onların spesifik xüsusiyyətlərini göstərmək üçün biz reklam diskurslarını obyekt olaraq vermişik. “Dil oyunları” digər nitq aktları ilə eyni semiotik əhatəyə malikdir. Lakin onların son nəticələri daha uğurlu və təsirli olur. Bunun sirri dil işarələrindən, dil normalarından istifadə ilə bağlıdır. Reklam diskurslarının yüksək manipulyasiya strategiyasına malik olması “dil oyunlarından” düzgün istifadə olunması ilə bağlıdır. “Dil oyunları” dil normalarının qəsdən pozulması ilə əlaqədar adresatın beynində xüsusi effekt yaradır. Nəticədə adresant-manipulyator yaratdığı effekt hesabına dinləyicinin beynini düzgün istiqamətə yönləndirir.
Açar sözlər: manipulyativ strategiya, “dil oyunu”, kommunikativ məqsəd, adresant-manipulyator, kütləvi informasiya vasitələri, kontekst, koqnitiv fərqlilik
Minakhanim Afgan Hajiyeva
A manipulative strategy through the “Language game”
Abstract
The article explores the phenomenon of "language game". This is one of the most urgent problems of linguistics. In the encoding-decoding process, these concepts are selected according to their specific characteristics. To show their specific features, we have taken advertising discourses as an object. "Language games" have the same semiotic scope as other speech acts. But their end results are more successful and effective. The secret of this is connected with the use of language signs and language norms. The fact that advertising discourses have a high manipulative strategy is due to the correct use of "language games". "Language games" create a special effect in the mind of the addressee due to the deliberate violation of language norms. As a result, the addressee-manipulator directs the listener's brain in the right direction due to the effect it creates.
Key words: lmanipulative strategy, "language game", communicative goal, speaker-manipulator, mass-media, context, cognitive difference
Baxış: 449