Arxiv
Elmi iş - 2024
Dürdanə Vaqif qızı Əliyeva
Azərbaycan Dövlət Pedaqoji Universiteti
Cəlilabad filialı
durdane.eliyeva.00@mail.ru
AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ DÖVRÜNDƏ XALQ TƏHSİLİ
Xülasə
Məqalədə Azərbaycan Xalq Cümhuriyyətinin yarandıqdan sonra xalq təhsilinin inkişafında atdığı addımlar tədqiq edilmişdir. Türk dilinin dövlət dili elan olunması, məktəblərdə tədris dilinin ana dilində aparılması məsələsi öz əksini tapmışdır. Eləcə də 1918-ci ildən təhsil sisteminin milliləşdirilməsi əsas hədəf olmuşdur. Müəllim çatışmazlığını aradan qaldırmaq üçün Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən görülmüş işlər araşdırılmışdır. Zaqafqaziya Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin Qazaxa köçürülməsi ilə Qazax Müəllimlər Seminariyası, eləcə də Bakı və Gəncədə müəllimlər seminariyasının yaradılmış, qısamüddətli və birillik kursları açılmışdır. Bakı, Gəncə, Qazax, Nuxa, Şuşa, Quba, Zaqatala şəhərlərində iki aylıq pedaqoji kurslar, pedaqoji kursların praktiki məşğələ üçün şöbələri açılmışdır. Çətin şəraitə baxmayaraq, Bakı Dövlət Universiteti uzun səylər nəticəsində fəaliyyətə başlamış və bu günümüzə qədər kadr hazırlığı istiqamətində mühüm yer tutur.
Açar sözlər: xalq təhsili, ana dilində tədris, pedaqoji kadr hazırlığı, seminariya, qısamüddətli kurslar, axşam kursları
Durdana Vagif Aliyeva
Public education during the Republic of Azerbaijan
Abstract
Abstract The article examines the steps taken by the Azerbaijan Democratic Republic in the development of public education after its establishment. The issue of declaring the Turkish language as the state language and teaching the language in schools in the mother tongue has been reflected. Also, the nationalization of the education system has been the main goal since 1918. The work done by the Azerbaijan Democratic Republic to eliminate the shortage of teachers was investigated. With the relocation of the Azerbaijani branch of the Transcaucasian Teachers' Seminary to Kazakhstan, the Kazakh Teachers' Seminary, as well as teacher's seminars in Baku and Ganja, were opened, and short-term and one-year courses were opened. In the cities of Baku, Ganja, Gazakh, Nukha, Shusha, Guba, and Zagatala, two-month pedagogical courses and branches of pedagogical courses for practical training were opened. Despite the difficult conditions, Baku State University started to operate as a result of long efforts and occupies an important place in the field of personnel training to this day.
Key words:public education, mother tongue teaching, pedagogical staff training, seminary, short-term courses, evening courses
Baxış: 378