DOI: https://doi.org/10.36719/2706-6185/20/11-15
Sevda Ağaşirin qızı İsmayılova
Bakı Dövlət Universiteti
tarix üzrə fəlsəfə doktoru
SOVET HAKİMİYYƏTİNİN AZƏRBAYCANDA DÖVLƏT DİLİ İLƏ BAĞLI
HƏYATA KEÇİRDİYİ SİYASƏT (1920-1930-CU İLLƏR)
Xülasə
Sovet hakimiyyətinin Azərbaycanda milli-mədəni sahədə həyata keçirdiyi tədbirlərdən biri də dövlət dili haqqında dekretin qəbulu oldu. Məqalədə dövlət dili ilə əlaqədar qəbul edilmiş sənədlər və onların tətbiqi məsələsi araşdırılır. Sovet hakimiyyətinin Azərbaycanda sovetləşdirmə və ruslaşdırma siyasətinin mahiyyəti şərh edilir. 1936-cı ildə qəbul edilmiş Azərbaycan dilinin orfoqrafiyasının qadağan edilməsi səbəbinə aydınlıq gətirilir. Sovet hakimiyyətinin ruslaşdırma siyasətini sürətləndimək, türk dünyasının mənəvi birliyini parçalamaq məqsədi ilə Azərbaycan yazısının latın əlifbasından rus əlifbasına keçirməsi məsələsinə toxunulur.
Açar sözlər: Sovet hakimiyyəti, Azərbaycan, dövlət dili, sovetləşdirmə siyasəti, ruslaşdırma siyasəti, 1920-30-cu illər
Sevda Aghashirin Ismayilova
Baku State University
Ph.D in History
The policy implemented by the Soviet government regarding the state language
in Azerbaijan (1920-1930s)
Abstract
One of the measures implemented by the Soviet authorities in the national and cultural sphere in Azerbaijan was the adoption of the decree on the state language. The article examines the adopted documents related to the state language and their application. The essence of Sovietization and Russification policy of the Soviet authorities in Azerbaijan is explained. The reason for banning the spelling of the Azerbaijani language adopted in 1936 is clarified. The issue of the transfer of the Azerbaijani writing from the Latin alphabet to the Russian alphabet in order to speed up the Russification policy of the Soviet authorities and break the spiritual unity of the Turkic world is touched upon.
Keywords: Soviet power, Azerbaijan, state language, sovietization policy, russification policy,1920-30 years