Arxiv
Təbiət və elm 2024
DOI: 10.36719/AEM/2020/02/27-33
Elçin Nizami oğlu Hüseyn
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
Emin Taleh oğlu Məmmədov
Azərbaycan Tibb Universiteti
ROBOT CƏRRAHİYYƏSİNDƏKİ TEXNOLOJİ İNKİŞAFLAR VƏ UROLOJİ CƏRRAHİYYƏDƏKİ YERİ
Açar sözlər: Robot əməliyyatı, texnoloji inkişaflar, urologiyada robot
Keywords: Robotic surgery, technological advances, robot in urology
Ключевые слова: роботизированная хирургия, технологические достижения, робот в урологии
Giriş
2000-ci ildə Amerika Qida və Dərman İdarəsi (FDA, Food and Drug Administration) tərəfindən Da Vinci robot cərrahi sisteminin (Intuitive Surgical, Sunnyvale, CA, USA) təsdiqlənməsindən sonra son 15 ildə robot cərrahiyyəsi dünyada geniş yayılmışdır. Bəzi müəlliflər bunu bir inqilab kimi izah etsələr də, digərləri bunu sənayenin üstünlüyü hesab edirlər, çünki ənənəvi laparoskopiyadan açıq bir üstünlüyün olması hələ sübut edilməmiş və səmərəli bir əməliyyat metodu deyildir (1). Robot əməliyyatının bəzi üstünlüklərinə əlavə olaraq, cərrahlar və xəstələr tərəfindən çox maraqlı bir sistem olaraq qəbul edilən şərti laparoskopiyanın bəzi məhdudiyyətləri və bazar yönümlü qüvvələr bu texnologiyanın sürətli yayılmasında təsirli olmuşdur. Bu faktlar fonunda mövcud texnoloji inkişaflar və robot sisteminin uroloji cərrahiyyədəki yeri araşdırmamızda müzakirə ediləcəkdir.
Baxış: 665