DOI: https://doi.org/10.36719/2789-6919/20/46-49

Xırdaxanım Əliyeva

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti

magistrant

xanm.eliyeva.96@mail.ru


XALQ RƏSSAMI XANLAR ƏHMƏDOVUN YARADICILIĞINA BAXIŞ


Xülasə

Müasir Azərbaycan heykəltəraşlığının aparıcı simalarından olan Xanlar Əhmədov XX əsrin ikinci yarısından etibarən Azərbaycan incəsənətində özünəməxsus yer tutur. Yarım əsrdən çox zaman kəsimini əhatə edən yaradıcılıq yolunu bu gün yeni nailiyyətləri ilə zənginləşdirən heykəltaraş, çoxsayılı əsərləri ilə milli bədii irsimizi yaşatmaqdadır. Onun yaradıcılıq yolu Azərbaycan təsviri sənətinin ümumi mənzərəsini formalaşdıran aspektdə izlənir və bu kontekstdə Xanlar Əhmədov milli sənətimizin müvafiq inkişaf mərhələlərini, dövrün ideoloji və ictimai-mədəni transformasiyaları əsərlərində əks etmişdir. 

Məqalədə xalq rəssamı, heykəltəraş Xanlar Əhmədovun yaradıcılığına ümumi icmal baxış verilir. Sənətkarın fərdi üslubunun formalaşma mərhələləri, Azərbaycan təsviri sənətində onun yeri və əhəmiyyəti, yaratdığı sənət əsərləri ümumi prizmadan və zamanın bədii mənzərəsinin kontekstində təqdim edilir.

Açar sözlər:  Xanlar Əhmədov, heykəltaraş, Azərbaycan təsviri sənəti, yaradıcılıq, əsər


Khirdakhanim Aliyeva

Azerbaijan State University of Culture and Arts

master student

xanm.eliyeva.96@mail.ru


An overview Azerbaijan people's artist Khanlar Ahmedov's art and creativity


Abstract

Khanlar Ahmadov, one of the leading figures of modern Azerbaijani sculpture, occupies a special place in Azerbaijani art since the second half of the 20th century. The sculptor, who has enriched his creative path with new achievements for more than half a century, is keeping our national artistic heritage alive with his numerous works. His creative path is traced in the aspect that forms the general picture of Azerbaijani visual art, and in this context, Khanlar Ahmadov reflected the relevant development stages of our national art, ideological and social-cultural transformations of the period in his works.

The article presents an overview of the creative path of the People's Artist, sculptor Khanlar Akhmedov. The stages of the formation of Akhmedov's individual artistic style, his role and significance in the contemporary fine arts of Azerbaijan are considered. The author explores the textbook works of the sculptor, summarizing them in the artistic context of the era.

Keywords:  Khanlar Akhmedov, sculptor, fine arts of Azerbaijan, creativity, work


Baxış: 364