DOI: https://doi.org/10.36719/2706-6185/22/192-197

Məhəbbət Gözəlov 

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 

magistrant 

mgzlovprsnl@gmail.com

Hikmət Əsgərov 

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

texnika üzrə fəlsəfə doktoru 

hikmat.asgarov@mail.ru

Mustafa Vətənxah 

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

magistrant 

mustafavatanxah@gmail.com


İKİ VURUŞLU VƏ DÖRD VURUŞLU MÜHƏRRİKLƏRİN MÜQAYİSƏLİ TƏHLİLİ


Xülasə

İş üsuluna görə daxili yanma mühərrikləri iki vuruşlu və dörd vuruşlu mühərriklər olmaqla iki növdə təsnif edilir. İki vuruşlu və dörd vuruşlu mühərriklər, güc yaratmaq üçün bir termodinamik dövrədə uyğun olaraq iki və dörd vuruş həyata keçirən daxili yanma mühərrikləridir. Bu mühərriklər tez-tez bir-biri ilə müqayisə edilir. Qeyd etmək lazımdır ki, hər iki dizayna malik mühərriklər özlərinin üstünlüklərinə və mənfi cəhətlərinə malikdir. Məsələn iki vuruşlu mühərriklər əməliyyat zamanı onun hissələri arasında daha az sürtünmə yaranır və bu da mexaniki səmərəliliyi artırır. Lakin iki vuruşlu mühərriklər dörd vuruşlu mühərriklərlə müqayisədə daha çox yanacaq sərfiyyatına malikdir. Tarixi nöqteyi-nəzərdən, bu önəmli qazanclara maraq iki və dörd vuruşlu mühərriklərin potensialının tətqiq edilməsi üçün bir çox önəmli araşdırmaların aparılmasına təkan verdi. Dünyaca bilinən tədqiqat, prototip və istehsal olunmuş iki vuruşlu və dörd vuruşlu mühərriklər performans, emissiya və yanacaq qənaəti üstünlükləri və əlavə inkişaf tələb edən sahələr üçün nəzərdən keçirilməkdədir. Bu mühərriklərin sxemləri, spesifik xüsusiyyətləri və emissiyaya nəzarət strategiyaları tərtib və müzakirə edilməkdədir. Bu günlərdə bir çox mühərrik istehsal edən şirkətlər bu dizaynlara malik mühərriklərin potensial faydalarının istehsal prosesində həyata keçirilməsi dərəcəsini araşdırmaq üçün yeni növ texnologiyalar və rəqəmsal idarəetmə strategiyalarına müraciət etməkdədirlər. 

Açar sözlər: daxili yanma mühərrikləri, iki vuruşlu mührriklər, dörd vuruşlu mühərriklər, yanma sistemləri, mühərrikin mərhələləri


Mahabbat Gozalov 

Azerbaijan State Oil and Industry University 

master student

mgzlovprsnl@gmail.com

Hikmet Asgarov 

Azerbaijan State Oil and Industry University 

Ph.D in Engineering

hikmat.asgarov@mail.ru

Mustafa Vatanxah 

Azerbaijan State Oil and Industry University

master student

 mustafavatanxah@gmail.com






Comparative analysis of two-stroke and four-stroke engines


Abstract

According to the method of operation, internal combustion engines are classified into two types, two-stroke and four-stroke engines. Two-stroke and four-stroke engines are internal combustion engines that perform two and four strokes, respectively, in one thermodynamic cycle to generate power. These engines are often compared to each other. It should be noted that engines with both designs have their advantages and disadvantages. For example, two-stroke engines have less friction between their parts during operation, which increases mechanical efficiency. But two-stroke engines are more fuel efficient than four-stroke engines. Historically, interest in these significant gains has prompted many important studies to explore the potential of two- and four-stroke engines. World-renowned research, prototype and production two-stroke and four-stroke engines are being reviewed for performance, emissions and fuel economy advantages and areas requiring further development. The layouts, specifications and emission control strategies of these engines are being developed and discussed. These days, many engine companies are turning to new types of technologies and digital control strategies to explore the degree to which the potential benefits of engines with these designs are realized in the manufacturing process.

Keywords: internal combustion engines, two-stroke engines, four-stroke engines, combustion systems, engine stages


Baxış: 344