DOI: https://doi.org/10.36719/2706-6185/22/209-215

Aytac Cəfərova

Bakı Dövlət Universiteti 

doktorant

aytac199031@gmail.com



DAŞIYICININ GƏMİNİ SƏFƏRƏ HAZIRLAMASI ÖHDƏLİYİ


Xülasə

Məqalə gəmi ilə yük daşıyıcının gəmini səfərə hazırlaması öhdəliyi daxili qanunvericilik normaları ilə beynəlxalq müqavilə normalarının müqayisəli təhlilinə həsr edilib. Xüsusi olaraq qeyd edilir ki, həm Haaqa (m.3.1), həm də Rotterdam qaydalarında (m.17.5) yükün səfərə hazırlanması anı xüsusi olaraq tənzimlənir. Lakin AR TGM-in qeyd etdiyimiz maddəsində bu an nəzərdə tutulmayıb. Beynəlxalq qaydalardan fərqli olaraq daxili qanunvericilikdə “gəminin reysə (səfərə) hazırlıq anı”nın reqlamentləşdirilməməsini iki istiqamətdə izah etmək olar. Ya boşluq kimi, ya da daşıyıcıya daha geniş fəaliyyət azadlığı tanımaq. Lakin sonuncu halın beynəlxalq qaydalara uyğun olmaması baxımdan qəbul edilməsi mümkün deyil. AR müvafiq beynəlxalq qaydalara qoşulmasa belə həmin qaydalar artıq ümumtanınmış standart qismində qəbul edilməkdədir. Buna görə də qanunvericiliyin həmin qaydalara uyğunlaşdırılması vacibdir. Rotterdam qaydalarında (m.17.5) yükün itirilməsinə, zərərə uğramasına və gecikdirilməsinə görə sübutetmə məsələsi daha ardıcıl verilmişdir. Daha sonra qeyd edilir ki, AR TGM-in 93.2 maddəsi sübutetmə yükü ilə bağlı qeyri-müəyyən redaksiyaya malik olduğu üçün Rotterdam qaydalarına (m.17.5) uyğunlaşdırılmalıdır.

Açar sözlər: Beynəlxalq hüquq, Hamburq qaydaları, Rotterdam qaydaları, hüquq, qanunvericilik,  beynəlxalq daşıma, yüklərin dənizlə daşınması, konvensiya normaları


Aytaj Jafarova

Baku State University

Ph.D student

aytac199031@gmail.com


Obligation of the carrier to prepare the ship for the voyage


Abstract

The article is devoted to the comparative analysis of the domestic legal norms and the international treaty norms of the obligation of the ship and the cargo carrier to prepare the ship for the voyage.  It is specially noted that both the Hague (m.3.1) and Rotterdam rules (m.17.5) specifically regulate the moment of preparing the cargo for the trip.  However, this moment is not provided for in the mentioned article of AR TGM.  In contrast to the international rules, the non-regulation of the "moment of preparing the ship for the flight (trip)" in the domestic legislation can be explained in two directions.  Either as a loophole or to give the carrier greater freedom of action.  However, the last case cannot be accepted from the point of view of non-compliance with international rules.  Even if AR does not join the relevant international rules, those rules are already accepted as a generally recognized standard.  Therefore, it is important to adapt the legislation to those rules.  In the Rotterdam Rules (art. 17.5) the issue of proof for loss, damage and delay of cargo is more consistent.  It is further noted that Article 93.2 of the AR TGM has an ambiguous wording regarding the burden of proof, so it should be adapted to the Rotterdam rules (art. 17.5).

Keywords: International law, Hamburg Rules, Rotterdam Rules, law, legislation, International Carriage, Carriage of Goods by Seaconventions norms 




Baxış: 270