DOI: https://doi.org/10.36719/2706-6185/23/40-45

Elmar Allahverdi

Azerbaijan State University of Economics 

Ph.D student

elmarallahverdi@gmail.com


SOCIO-ECONOMIC PARADIGM OF HEALTH INSURANCE


Abstract

Before implementing the reform in their health systems, countries should analyze the health status and needs of their society, the failing aspects of the health system, and whether the health care system works well or badly. Each country in need of reform in their health systems, while creating solution proposals and action plans for the failing aspects of the health system, makes use of the reform processes of the countries that have experienced this process, international knowledge, and experience at the country level to develop a model suitable for the needs of the country both theoretically and practically. In this sense, it is important to implement it. In many countries, especially in developed countries, access to and use of health services are among the main subjects studied. Although it is known that, various behaviors direct the search for and preference for health services, among these behaviors that stand out are; physical, socioeconomic conditions, cultural, and political environments.

Keywords: socio-economic policies, compulsory health insurance, paradigm of health insurance, health care system, model of health insurance


Elmar Allahverdi

Azərbaycan Dövlət İqtisad Universiteti 

doktorant

elmarallahverdi@gmail.com


Tibbi sığortanın sosial-iqtisadi paradiqması


Xülasə

Səhiyyə sistemlərində islahatı həyata keçirməzdən əvvəl ölkələr öz cəmiyyətinin sağlamlıq vəziyyətini və ehtiyaclarını, səhiyyə sisteminin uğursuz aspektlərini və səhiyyə sisteminin yaxşı və ya pis işləyən tərəflərini təhlil etməlidirlər. Səhiyyə sahəsində islahatlara ehtiyacı olan hər bir ölkə səhiyyə sistemindəki uğursuz cəhətlərin həlli ilə bağlı təkliflər və fəaliyyət planları hazırlayarkən bu prosesi yaşamış ölkələrin islahat proseslərindən, beynəlxalq və ölkədəki keçmiş təcrübədən istifadə edir və bu istiqamətdə həm nəzəri, həm də praktiki cəhətdən ölkənin ehtiyaclarına uyğun model hazırlamaq səviyyəsində qərar qəbul edilir. Bu mənada onun həyata keçirilməsi vacibdir. Bir çox ölkələrdə, xüsusən də inkişaf etmiş ölkələrdə səhiyyə xidmətlərinə çıxış və onlardan istifadə əsas öyrənilən mövzular sırasındadır. Müxtəlif davranışların səhiyyə xidmətlərinin seçimi və onlara üstünlük verilməsinə istiqamət verdiyi məlum olsa da, bu davranışlar arasında önə çıxan bəndlərə; fiziki, sosial-iqtisadi şərait, mədəni və siyasi mühit kimi faktorlar daxildir.

Açar sözlər: sosial-iqtisadi siyasətlər, icbari tibbi sığorta, tibbi sığorta paradiqması, səhiyyə sistemi, tibbi sığorta modeli




Baxış: 228