DOI: https://doi.org/10.36719/2706-6185/24/22-25

Günel Vəliyeva

Milli Aviasiya Akademiyası

gvaliyeva@naa.edu.az


UCQAR KƏNDLƏRDƏ İNGİLİS DİLİNİN TƏDRİSİNDƏ YARANAN ÇƏTİNLİKLƏR


Xülasə

Dil bizim fikirlərimizi, hiss və emosiyalarımızı ifadə etməyin əsas vasitələrindən biridir. Müasir dünyada dillərin istifadəsi haqqında düşündükdə qətiyyətlə demək olar ki, ingilis dili hal-hazırda dünyada ən çox istifadə olunan dillərdən biridir. Bu dil Azərbaycanda da təhsilin müxtəlif pillələrində ikinci dil kimi tədris edilməkdədir. Şəhər məktəblərindən fərqli olaraq, ucqar məktəblərdə şagirdlər xarici dilin öyrənilməsində böyük çətinliklərlə üzləşirlər. Bunun başlıca səbəbi isə sözügedən məktəblərdə müəllimlərin ingilis dilinin tədrisinə müasir yanaşma və metodikalardan xəbərsiz olması, siniflərdə tələblərə cavab verən tədris materiallarının çatışmazlığıdır. Kurrikulumlar ucqar məktəblərdə təhsil alan şagirdlərin bilik və bacarıqlarını inkişaf etdirmək üçün tələblərə uyğun tərtib edilsə də, statistikaya əsasən, şəhərdə və kəndlərdə təhsil alanların dil səviyyələri arasında böyük fərq var. Bu məqalə ucqar ərazilərdə şagirdlərin fəaliyyətinə təsir edən amillərdən və ingilis dilinin tədrisi zamanı yaranan çətinliklərdən bəhs edir.

Açar sözlər: ingilis dili, ucqar ərazilər, təhsil, öyrənmə və öyrətmə, səriştə


Gunel Valiyeva

National Aviation Academy

gvaliyeva@naa.edu.az


Challenges of teaching english in rural areas


Abstract

Nearly all the schools in Azerbaijan teach English, even those in the country's rural areas, which is crucial to the country's educational system. Therefore, it appears that the educator, students, and facilities are related to the challenges in rural locations. Therefore, the purpose of this essay is to (1) identify the difficulties faced by teachers when instructing English in rural areas and (2) discuss the contributing causes. According to the findings, teachers faced several difficulties related to student motivation, the curriculum, teaching materials and media, student competency, teacher development, and parental support. Furthermore, this research will aid in the professional development of rural teachers. 

Keywords: english language, rural areas, education, learning and teaching, competency



Baxış: 266