DOI: https://doi.org/10.36719/2706-6185/26/20-25

Salatın Hacıyeva

Naxçıvan Dövlət Universiteti   

psixologiya üzrə fəlsəfə doktoru 

salatinhaciyeva72@gmail.com 


HƏRBİ XİDMƏTÇİLƏRİN DÖYÜŞƏ PSİXOLOJİ HAZIRLIĞI

                                    

Xülasə

Məqalə müasir dövr üçün olduqca aktual bir məsələyə - hərbi xidmətçilərin döyüşə psixoloji hazırlığı məsələsinə həsr olunub. Məqalədə göstərilir ki, hərbi qulluqçuların psixoloji hazırlığı hərbçidə döyüş tapşırıqlarının yerinə yetirilməsi üçün vacib olan psixoloji dözümlülük, emosional və iradi keyfiyyətlər, qorxu hissi ilə mübarizə aparmağa imkan verən, fiziki və psixoloji gərginliyə dözümlülüyünü artıran, döyüşdə fədakar, fəal və təşəbbüskar hərəkət etmək bacarığının formalaşdırılmasına xidmət edən kompleks tədbirləri özündə əks etdirir.  

Döyüşçünün psixoloji hazırlığı bölüyün ani döyüş əməliyyatlarına hazırlığının əsas komponentlərindən  biridir. Bu birinci növbədə döyüşçünün Vətənin, doğmaların, yaxınların taleyi üçün məsuliyyətini dərk etməsini, özünə, yoldaşlarına, döyüş texnikası və silahlara inamı, ikincisi isə, döyüşmək arzusu, özünü sınamaq, zəif cəhətlərini aradan qaldırmaq və düşmən üzərində qələbə qazanmağı nəzərdə tutur. Döyüşə psixoloji hazırlığın mühüm komponentləri bunlardır: tələskənlik, qərarsızlıq və ya qapalılığın olmaması, ehtiyatlı, hesablanmış və rəvan davranış, əmr və tapşırıqların səhvsiz, dəqiq yerinə yetirilməsi, fizioloji vəziyyətin normal olması (nəbzin tezliyi, nəfəsalma, üzün rəngi və s).              

Açar sözlər: müharibə, şərait, əməliyyat, əsgər, psixoloji hazırlıq

Salatin Hajiyeva

Nakhchivan State University

PhD in Psychology

salatinhaciyeva72@gmail.com 


Psychological preparation of military personnel for battle


Abstract

The article is devoted to a rather relevant issue for the modern era – the psychological read in ess of military personnel for battle. The article shows that the psychological training of military personnel includes a set of measures that contributeto the formation of psychological endurance, emotional and volitional qualities that are important for performing battle tasks, allowing them to fight fear, increasing the irresistance tophysical and psychological stress, the ability to act selflessly, actively and proactively inbattle. 

Psychological training of a fighteris one of the main components of the unit'spreparation for sudden combat operations. This implies, firstly, the warrior' sawareness of his responsibility for the fate of the motherland, relatives, friends, faithin himself, in his comrades, in combat equipment and weapons, and secondly, the desire to fight, test himself, overcome his weaknesses and win over the enemy. The article also touches on such issues as the importance of the absence of haste, in decisionori solation, as well as ability of calculating, clear and well-coordinated behavior, error-free, accurateex ecution of orders and tasks, normal physiological state (pulserate, breathing, complexion, etc.), which are considered important components of psychological readiness for battle.

Keywords: war, situation, operation, solider, psychological preparation

                                    


Baxış: 369