DOI: https://doi.org/10.36719/2706-6185/27/11-15

Səba Namazova

Gəncə Dövlət Universiteti

filologiya üzrə fəlsəfə doktoru

seba8080@mail.ru

Cəmil Tağıyev

Azərbaycan Dövlət İqtisad Universiteti

magistrant

cemil.tagi@mail.ru


KREATİV İQTİSADİYYATA ƏDƏBİYYAT TEMATİKASI ÜZRƏ BAXIŞ


Xülasə

Yaradıcı iqtisadiyyatın yaranması müxtəlif elm sahələrinin birgə fəaliyyətinə səbəb oldu. Mədəniyyət, ədəbiyyat və digər sahələrdən bəhrələnməklə iqtisadiyyatın inkişafına öz təsirlərini göstərən yaradıcı iqtisadiyyat əhalinin məşğulluğunda və iqtisadi yüksəlişdə mühüm rol oynayır. Yaradıcı iqtisadiyyatın inkişafında ədəbiyyatın da yeri var. Yazıçılar və şairlər kimi yaradıcı təbəqəni əhatə edən ədəbiyyat iqtisadiyyatla qarşılıqlı əlaqədə olur. O, kreativ iqtisadiyyatdakı yeri ilə yanaşı, bir çox yaradıcı sənayelər üçün xammal rolunu da oynayır. Kino, nəşriyyat kimi sahələr ədəbiyyatdan bəhrələnərək inkişaf edir.

YUNESKO-nun yaratdığı “Yaradıcı Şəhərlər Şəbəkəsi” 7 mövzuda qruplaşdırılıb. CCC-nin məqsədi mədəniyyəti və yaradıcılığı təşviq etməkdir. Dünyanın 90 ölkəsindən 300 şəhər Yaradıcı Şəhərlər Şəbəkəsinin üzvüdür. Yaradıcı Şəhərlər Şəbəkəsinə daxil olan mövzuların hər biri müxtəlif mədəniyyət və yaradıcılıq sahələrindən ibarətdir. Onlardan biri də ədəbiyyatdır. Bu mövzu ədəbi fəaliyyət və ədəbi irs üzrə şəhərləri birləşdirir. Azərbaycanın tarixən ədəbi fəaliyyətin mərkəzi olması faktı bir neçə şəhərin Yaradıcı Şəhərlər Şəbəkəsinə üzvlük perspektivlərini formalaşdırır.

Məqalədə kreativ şəhərlərin müasir iqtisadiyyatda yaratdığı əlavə dəyərdən, müxtəlif mədəniyyətlərin qorunub saxlanmasında yaradıcı şəhərlərin şəbəkələşməsinin rolundan, Azərbaycanın yaradıcı şəhərlərindən bəhs edilir. Azərbaycanın Bakı, Şəki və Lənkəran şəhərləri müxtəlif mövzularda Yaradıcı Şəhərlər Şəbəkəsinin üzvüdür. Hələ də Azərbaycanın ədəbiyyat mövzusunda üzv şəhəri yoxdur. Bununla belə, bir neçə şəhərin üzv olmaq potensialı var.

Açar sözlər: iqtisadiyyat, kreativ, yaradıcı şəhər, ədəbiyyat, şəbəkə


Saba Namazova

Doctor of Philosophy in Philology

Ganja State University

seba8080@mail.ru

Jamil Taghiyev

Azerbaijan State University of Economics 

master student

cemil.tagi@mail.ru


A view of the creative economy on the theme of literature


Abstract

The emergence of the creative economy led to the joint activity of various fields of science. The creative economy, which shows its effects on the development of the economy by benefiting from culture, literature and other fields, plays an important role in the employment of the population and economic growth. Literature also has a place in the development of creative economy. Literature, which includes the creative class such as writers and poets, interacts with the economy. Along with its place in the creative economy, it also plays the role of raw material for many creative industries. Fields such as film and publishing are developing by benefiting from literature.

The "Creative Cities Network" created by UNESCO is grouped into 7 themes. The purpose of the CCC is to promote culture and creativity. 300 cities from 90 countries of the world are members of the Creative Cities Network. Each of the themes included in the Creative Cities Network consists of different fields of culture and creativity. One of them is literature. This theme unites cities on literary activities and literary heritage. The fact that Azerbaijan has historically been the center of literary activities shapes the membership prospects of several cities in the Creative Cities Network.

The article talks about the added value created by creative cities in the economy today, the role of networking of creative cities in the preservation of different cultures, and the creative cities of Azerbaijan. The cities of Azerbaijan, Baku, Sheki and Lankaran are members of the Network of Creative Cities on various topics. There is still no member city of Azerbaijan on the topic of literature. However, there is potential for several cities to become members.

Keywords: economy, creative, creative city, literature, network



Baxış: 582