DOI: https://doi.org/10.36719/2663-4619/97/14-19
Nuri Ələviyyə
Naxçıvan Dövlət Universiteti
doktorant
İNGİLİS DİLİNDƏ SÖZ YARADICILIĞININ QEYRİ-ƏSAS NÖVLƏRİ
Xülasə
Dil ən mobil və daim dəyişən sistemlərdən biridir və daim dəyişən tarixi, iqtisadi, mədəni şəraitlə əlaqədar olaraq dilin həm tərkibi, həm də quruluşu dəyişir. Dilin həyatın dəyişən xüsusiyyətlərinə uyğunlaşdırılması prosesində cəmiyyətin fəaliyyətinin bu mərhələsində aktual olan yeni sözlərin yaranması yolu ilə yenilənir.
Dildə yeni sözlərin yaradılmasında bir sıra məhsuldar vasitələrlə yanaşı az məhsuldar olan növləri də mövcuddur. Söz yaradıcılığının qısaltmalar, səs təqlidi, klipinq kimi qeyri-əsas növlərinin tam xarakteristikasını vermək olduqca vacibdir. Odur ki, qeyri-əsas növləri söz yaradıcılığının əsas növlərindən fərqləndirən amilləri öyrənmək məqalənin mövzusunun aktuallığını təmin edir. Məqaləni yazarkən, qarşımıza qoyduğumuz məqsədə çatmaq üçün müxtəlif metodlardan istifadə məsələsi çox mühüm amil olmuşdur. Bu səbəbdən, bu məqaləni yerinə yetirərkən, biz, mövzuyla əlaqədar təsviri, komponentlərin təhlili və kontekstual metodlardan istifadə etmişik.
Bu məqalənin yazılmasında başlıca məqsəd söz yaradıcılığının ikinci dərəcəli növlərinin onun əsas növlərindən fərqli cəhətlərini müəyyənləşdirməkdir.
Açar sözlər: ingilis dili, söz yaradıcılığı, söz, qeyri-əsas növlər
Nuri Alaviyya
Nakhchivan State University
PhD in student
mayisnuri422@gmail.com
Non-major types of word-formation in English
Abstract
Language is one of the most mobile and ever-changing systems, and both its composition and structure change due to the ever-changing historical, economic, and cultural conditions. In the process of adaptation of the language to the changing features of life, it is updated through the creation of new words that are relevant at this stage of the society's activity.
Along with a number of productive means of creating new words in the language, there are also less productive ones. It is extremely important to give a complete characterization of non-basic types of word creation, such as abbreviations, voice imitation, clipping. Therefore, studying the factors that distinguish the non-main types from the main types of word creation ensures the relevance of the topic of the article. When writing the article, the issue of using different methods to achieve our goal was a very important factor. For this reason, in carrying out this article, we have used descriptive, component analysis and contextual methods related to the topic.
The main goal of writing this article is to determine the differences between the secondary types of word creation and its main types.
Keywords: English language, word creation, vocabulary, non-basic types