Arxiv
Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

https://doi.org/10.36719/2663-4619/97/26-31

İlkin Məmmədzadə

Gəncə Regional Turizm İdarəsi 

https://orcid.org/0000-0002-1437-4623 

ilkin.mammedzade@gmail.com


GƏNCƏDƏ RUS PRAVOSLAV XRİSTİAN ABİDƏLƏRİNİN TARİXİNƏ BAXIŞ


Xülasə

Məqalədə XIX əsrdə Cənubi Qafqazın ruslar tərəfindən işğalından sonra Gəncə şəhəri ərazisində yaşayan hərbi və digər sahələrdə xidmət edən pravoslav xristian məzhəbindən olan əhali üçün nəzərdə tutulan rus provaslav abidələri haqqında söhbət açılır. Arxiv materiallarına əsasən qeyd edə bilərik ki, şəhər ərazisində ümumi olaraq cəmi 7 ədəd rus pravoslav kilsəsi olmuşdur. Ancaq bu abidələrin çoxu tarixi proseslərin qurbanı olmuş və dağıntılara məruz qalmışdır. Onlardan cəmi 4-ü dövrümüzə dək gəlib çatmışdır. Tarixi mənbələrə əsasən deyə bilərik ki, ruslar ucqarlarda tikilən pravoslav abidələrinə diqqətsiz yanaşmış və onların bərpası ilə bağlı qeyri laqeyid münasibət göstərmişlər. 

Bu da onun nəticəsidir ki, Gəncədə xristian məbədinə çevrilən Xan məscidi (Zaxariya və Yelizaveta kilsəsi) XIX əsrin II yarısına dək bərpa edilmədiyi üçün qəzalı vəziyyətə düşərək dağındıya məruz qalmışdır. Həmçinin şəhərdə tikilmiş olan Aleksandr Nevski kilsəsinin inşası çox çətinliklə ianələr hesabına 20 il ərzində tikilərək 1889-cu ildə istifadəyə verilmişdi. Kilsənin belə gec inşa edilməyinə əsas səbəb isə rus çar hökümətinin bu işə maraqlı olmamasından irəli gəlirdi. 

Açar sözlər: Gəncə, rus pravoslav kilsəsi, Zaxariya və Yelizaveta kilsəsi, Yelizavetpol quberniyası, Kiril və Mefodiya kilsəsi


Ilkin Mammadzadeh 

Ganja Regional Tourism Office 

ilkin.mammedzade@gmail.com

https://orcid.org/0000-0002-1437-4623

ilkin.mammedzade@gmail.com


Overview of the history of Russian Orthodox Christian monuments in Ganja


Abstract

The article describes the russian orthodox monuments to the population belonging to the Orthodox Christian denomination, who lived on the territory of the city in Ganja after the occupation of the South Caucasus by the Russians in the 19th century. Based on archival materials, we can say that there were only 7 Russian Orthodox churches in the city. However, many of these monuments became victims of historical processes and were destroyed. Only 4 of them have survived to our time. Based on historical sources, we can say that the Russians were indifferent to the orthodox monuments built in remote areas and were indifferent to their restoration. 

This is evidenced by the fact that the Khan Mosque (Church of Zacharia and Elizaveta), which became a christian temple in Ganja, fell into disrepair and was demolished in the second half of the 19th century because it was not restored. For example, the construction of the Alexander Nevsky Cathedral, which was built in the city, was built in 20 years and was put into use in 1889. It was built so late because the Russian tsarist government was not interested in this work. 

Keywords: Ganja, Russian Orthodox Church, Zacharias and Elizabeth Church, Yelizavetpol governorate, Cyril and Methodius Church




Baxış: 255