DOI: https://doi.org/10.36719/2663-4619/97/38-42
Ləman Cabbarlı
Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyası
magistrant
Ümbülbanu Talıbova
Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyası
magistrant
AZƏRBAYCANDA MÜLKİYYƏTİN KONSTİTUSİON VƏ HÜQUQİ MÜDAFİƏSİ
Xülasə
“Mülkiyyət” anlayışı müasir təşkilatlar və fərdi həyatda vacib anlayışlardan biridir. “Mülkiyyət” termini çoxmənalı anlayışdır və hüquq ədəbiyyatında əsasən üç mənada işlənir: fəlsəfi, iqtisadi və hüquqi mənalarda. Fəlsəfi mənada mülkiyyət dedikdə, cəmiyyətdəki əmlak münasibətlərinin ifadəsi, əmlaka sahiblik başa düşülür. İqtisadi mənada mülkiyyət ictimai-iqtisadi münasibətdir; hüquqi mənada mülkiyyət, mülkiyyət hüququ anlayışı ilə əhatə olunur və o, hüquq normalarının məcmuyunda ifadə olunur.
Mülkiyyət hüquqlarından səmərəli istifadə etmək imkanı müvafiq subyektiv hüquqların həyata keçirilməsini təmin etməyə yönəlmiş qanunvericilikdə nəzərdə tutulmuş mühafizə tədbirləri ilə birbaşa əlaqəlidir. Bu gün Azərbaycanda fiziki və hüquqi şəxslərin mülkiyyəti müxtəlif daşınmaz və daşınar əmlak obyektlərindən ibarətdir. Bu baxımdan, praktik olaraq əhəmiyyətli olan əsas vəzifələrdən biri əmlak sahiblərinin hüquqlarının, maraqlarının real qorunmasını təmin etməkdir.
“Mülkiyyət” termini olmadan nə məişət, iqtisadi, fəlsəfi lüğət, nə də hüquq elmi təsəvvü edilə bilməz. Mülkiyyət hüquqlarının müdafiəsi Azərbaycan Respublikasında konstitusiya, mülki, inzibati və cinayət mühakiməsi yolu ilə həyata keçirilən ən mühüm sosial yönümlü funksiyalardan biridir. Konstitusiya icraatı digər icraat növləri ilə yanaşı, dövlətdə mülkiyyətin qorunmasını təmin edən mühüm və səmərəli mexanizmlərdən biridir.
Açar sözlər: mülkiyyət, mülkiyyətin mühafizəsi, xüsusi mülkiyyət, dövlət mülkiyyəti, bələdiyyə mülkiyyəti, mülkiyyətin məhkəmə müdafiəsinin dəyəri
Laman Jabbarli
The Academy of Public Administration under the
President of the Republic of Azerbaijan
master student
cabbarlilaman@gmail.com
Umbulbanu Talibova
The Academy of Public Administration under the
President of the Republic of Azerbaijan
master student
Constitutional and legal protection of property in Azerbaijan
Abstract
The concept of “property” is one of the most important for modern organizations and individual life. The term “property” is an ambiguous concept and is used in legal literature mainly in three meanings: legal, economic and philosophical. In the philosophical meaning, property is understood as the expression of property relations in society, ownership of property. In the economic meaning, property is a socio-economic relationship; in the legal meaning, property is covered by the concept of property law, and it is expressed in the totality of legal norms.
The possibility of effective use of property rights is directly related to the protection measures provided for by legislation aimed at ensuring the implementation of relevant subjective rights. Today, the property of individuals and legal entities in Azerbaijan consists of various immovable and movable property objects.In this regard, one of the main tasks, which is practically significant, is to ensure real protection of the rights, interests of property owners.
Without it, neither household, economic, philosophical vocabulary, nor legal science can be imagined. Protection of property rights is the most important socially oriented function implemented in the Republic of Azerbaijan through constitutional, civil, administrative and criminal proceedings. Constitutional proceedings, along with other types of proceedings, are one of the important and efficient mechanisms that ensure the protection of property in the state.
Keywords: property, protection of ownership, private, state, municipal property, the value of judicial protection of ownership