Arxiv
Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI: https://doi.org/10.36719/2663-4619/97/97-105

Nəzrin Əkbərli

Azərbaycan Dövlət Pedaqoji Universiteti

magistrant

akbarlinazrin2001@gmail.com


MÜXTƏLİF DƏYİŞƏNLƏRİN İNKLÜZİV TƏHSİLƏ OLAN MÜNASİBƏTƏ TƏSİRİNİN AZƏRBAYCAN KONTEKSTİNDƏ TƏHLİLİ


Xülasə

Azərbaycanda inklüziv təhsil məsələsinə dair hələ də fikir müxtəlifliyi mövcuddur. Bir çox insan bu anlayışın tam mənasını dərk etmir. Bu da hətta bəzən onların inklüziv təhsil yanaşmasına qarşı çıxmasına gətirib çıxarır. Yaradılan istənilən yeni yanaşmanın effektivliyi həm də cəmiyyətin ona necə münasibət göstərməsindən də asılıdır. Bu səbəbdən məqalədə Azərbaycan kontekstində cəmiyyət üzvlərinin inklüziv təhsilə münasibəti araşdırılmış və məsələ ilə bağlı araşdırmaların nəticələri öz əksini tapmışdır. Belə ki, məqalədə cəmiyyətin sağlamlıq imkanları məhdud uşaqlara baxışı və bu baxışa təsir edən amillər müxtəlif dəyişənlərdən – cins, yaş, təhsil səviyyəsi, ailə vəziyyəti və s. kimi dəyişənlərdən asılı olaraq araşdırılıb təhlil olunmuşdur. Məqalədə cəmiyyətin müxtəlif üzvlərindən alınan cavablar T testi vasitəsilə təhlil olunmuş, dəyişənlər arasındakı asılılıq isə korrelyasiya əmsallarının köməyi ilə müəyyən edilmişdir. Məlumat toplama metodu kimi anket sorğulardan istifadə olunmuşdur.

Açar sözlər: inklüziya, inklüziv təhsil, münasibət, sağlamlıq imkanı məhdud uşaqlar, cəmiyyət


Nazrin Akbarli

Azerbaijan State Pedagogical University

master student

akbarlinazrin2001@gmail.com


Analysis of the effect of different variables on the attitude towards inclusive education 

in the context of Azerbaijan


Abstract

There is still diversity of opinion on the issue of inclusive education in Azerbaijan. Many people do not understand the full meaning of this concept. This sometimes even leads them to oppose the approach of inclusive education. The effectiveness of any new approach that is created also depends on how society reacts to it. For this reason, the article examines the attitude of society members to inclusive education in the context of Azerbaijan and reflects the results of the research on the issue. Thus, in the article, the society's view of children with limited health opportunities and the factors affecting this view were examined and analyzed depending on various variables - gender, age, education level, family status, etc. In the article, the answers received from different members of the society were analyzed using T-test, and the dependence between variables was determined with the help of correlation coefficients. Questionnaires were used as a data collection method.

Keywords: inclusion, inclusive education, attitude, children with limited health opportunities, society




Baxış: 270