DOI: https://doi.org/10.36719/2789-6919/29/41-45

Qumru Balaxanova 

Azərbaycan Dövlət Pedaqoji Universiteti

doktorant

19_bq_91@mail.ru


MÜXTƏLİF TƏYİNATLI BİNALARIN DAXİLİ MÜHİTİNDƏ FORMALAŞAN MİKOBİOTANIN TAKSONOMİK STRUKTURU


Xülasə

Tədqiqat obyekti olaraq, Bakı şəhərində müxtəlif yaşayış massivlərində inşa olunan yeni yaşayış kompleksləri götürülmüş, aparılan mikoloji analizlər, çoxmərtəbəli binaların müxtəlif otaqlarından hava, toz və digər əşyalar üzərindən götürülən nümunələr əsasında həyata keçirilmişdir. 

Tədqiqatın gedişində müvafiq olaraq həm sedimentasiya, həm də aplikasiya metodlarından istifadə olunmuş, Çapek və Çapek-Doks qidalı mühitlərində inokulyasiya olunan kulturalar termostatda 27±2ºC temperatur rejimində becərilmişdir. Habelə, tədqiqatın gedişində aparılan işin məqsədinə uyğun olaraq, Bakı şəhərinin qeydə alınan bir sıra yeni yaşayış komplekslərində məskunlaşan mikobiota cins və növ tərkibinə, taksonomik strukturuna, ekolo-trofik əlaqələrinə görə tədqiq olunmuş və mikobiota daxilində dominantlıq edən mikokompleks müəyyənləşdirilmiş, bununla yanaşı, yaşayış binalarında mövcud ekoloji vəziyyət də analiz olunmuşdur. 

Yaşayış binalarının allergenlərlə yoluxması yaşayış binalarının ayrı-ayrı otaqlarında məskunlaşan göbələk koloniyalarının mənbəyi, bir qayda olaraq, adətən divarlarda və otaqlarda döşənən xalçaların altında inkişaf edirlər.  Otaq bitkilərinin, o cümlədən otaqda yerləşdirilən müxtəlif tərkibli substratların üzərində məskunlaşan Penicillium, Aspergillus, Rhizopus, Cladosporium və s. göbələk cinslərinin nümayəndələri, müxtəlif təyinatlı binaların ayrı-ayrı otaqlarında yaranan toz kütləsinə asanlıqla sorbsiya olunur və hava cərəyanı vasitəsilə binanın digər otaqlarına miqrasiya olunurlar.

Aparılan tədqiqatlar nəticəsində sübut olunmuşdur ki, müxtəlif təyinatlı binaların daxili mühitində formalaşan mikobiotanın taksonomik strukturu, onun ayrı-ayrı nümayəndələrinin virulentlik qabiliyyəti, eyni zamanda, regional xarakter daşıyır. Məlumdur ki, hər bir region özünəməxsus relyef və spesifik iqlim xüsusiyyətləri ilə xarakterizə olunur, bu baxımdan urbanizasiya ərazilərinin, o cümlədən Bakı şəhərinin ekologiyasının mikoloji qiymətləndirilməsi istiqamətində şəhər, qəsəbə və kənd miqyasında inşa olunmuş müxtəlif təyinatlı binaların mikobiotasının öyrənilməsi, apardığımız tədqiqatın əsas məqsədini təşkil etmişdir.

Qeyd edilənlərin əhəmiyyətinə və insan sağlamlığının qorunması baxımından əhəmiyyət kəsb etməsinə baxmayaraq, indiyə kimi aparılan tədqiqatlarda şəhər mühitində göbələklərin ekoloji xüsusiyyətlərinin aydınlaşdılması, onların fəaliyyəti nəticəsində insan sağlamlığında baş verən dəyişikliklərin axıra kimi aydınlaşdılmaması və s. məsələlər bu sahədə tədqiqatların davam etdirilməsinin həm zəruri, həm də aktual bir məsələ olmasını qeyd etməyə imkan verir ki, bizim də planlaşdırdığımız tədqiqatlar məhz bu qeyd edilən məslələrin aydınlaşdırlmasına həsr edilibdir. 

Açar sözlər: Bakı şəhəri, tədqiqat, qidalı mühit, göbələk, ekosistem, urbanizasiya











Gumru Balakhanova

Azerbaijan State Pedagogical University

PhD student

19_bq_91@mail.ru              


Taxonomic structure of mycobiota formed in the internal environment of 

buildings with different purposes


Abstract

As an object of research, new residential complexes built in different residential areas of Baku were taken, mycological analyzes were carried out on the basis of samples taken from air, dust and other objects from different rooms of multi-storey buildings.

In the course of the research, both sedimentation and application methods were used, and cultures inoculated in Çapek and Çapek-Doks nutrient media were grown in a thermostat at a temperature of 27±2ºC. Also, in accordance with the purpose of the work conducted during the research, the mycobiota living in a number of registered new residential complexes of Baku was studied according to its genus and species composition, taxonomic structure, eco-trophic relationships, and the dominant mycocomplex within the mycobiota was determined. the ecological situation was also analyzed.

Contamination of residential buildings with allergens is the source of fungal colonies that settle in individual rooms of residential buildings, as a rule, they develop under the carpets that are usually laid on the walls and rooms. Indoor plants, including Penicillium, Aspergillus, Rhizopus, Cladosporium, etc., living on substrates of different composition placed in the room. representatives of fungal genera are easily sorbed to the mass of dust generated in separate rooms of buildings of different purposes and migrate to other rooms of the building through air currents.

As a result of the researches, it has been proven that the taxonomic structure of the mycobiota formed in the internal environment of buildings of different purposes, and the virulence ability of its individual representatives, are regional in nature. It is known that each region is characterized by its own relief and specific climatic features, from this point of view, the study of the mycobiota of buildings of various purposes built on the scale of cities, towns and villages in the direction of the mycological assessment of the ecology of urbanization areas, including the city of Baku, was the main goal of our research.

Despite the importance of the mentioned and the importance in terms of protecting human health, the ecological characteristics of mushrooms in the urban environment, the changes in human health as a result of their activity, etc. issues allow us to note that the continuation of research in this field is both necessary and relevant, and our planned research is dedicated to the clarification of these mentioned issues.

Keywords: Baku city, research, nutrient environment, mushroom, ecosystem, urbanization

Baxış: 309