DOI: https://doi.org/10.36719/2706-6185/33/132-138

Yunis Əvəzov 

Azərbaycan Dövlət İqtisad Universiteti

magistrant

avazovy@gmail.com 


HEYDƏR ƏLİYEVİN İQTİSADİ SİYASƏTİNDƏ BİZNES FƏALİYYƏTİNİN 

TƏŞKİLİ VƏ ŞƏFFAFLIĞIN TƏMİN OLUNMASI


Xülasə 

Qeyd etmək lazımdır ki, müasir dövrdə Azərbaycan iqtisadiyyatının bütün sahələri azad rəqabət prinsipi əsasında bazar iqtisadiyyatına keçid istiqamətində yenidən təsis olunmağa başlamışdır. Bu proses bir çox obyektiv səbəblərdən müəyyən qədər gecikmiş olsa da, respublikamızın iqtisadi strategiyasının əsasını bazar iqtisadiyyatına keçid ideyası təşkil etmişdir. Ölkənin seçmiş olduğu bu istiqamətdə uğurlu bir şəkildə daim irəliyə doğru addım atması və qarşıya qoyulan məqsədlərə çatması üçün H.Əliyevin rəhbərliyi altında iqtisadiyyatın bütün sahələrində islahatların aparılması, bazar iqtisadiyyatına transformasiyanın təmin edilməsi xüsusi əhəmiyyət kəsb etmişdir. Bir məqamı da vurğulamaq lazımdır ki, H.Əliyevin iqtisadi siyasəti Azərbaycanda biznes fəaliyyətinin inkişafından da təsirsiz ötüşməmişdir.

Bu məqalədə biz Heydər Əliyevin postsovet dövründə ölkəmizin iqtisadi müstəqilliyinə təhlükə yaradan ünsürlərin aradan qaldırılmasında danılmaz rolu üzərində dayanacağıq. Məqalədə ümummili lider Heydər Əliyevin rəhbərliyi dövründə ölkəmizin iqtisadi həyatında meydana gələn bir sıra dəyişikliklər, mövcud yeni sistemə uyğunlaşma və transformasiya məsələləri və bu kimi faktorlar işığında ölkədə biznes mühitinin necə və hansı formada şəkilləndiyi araşdırılıb təhlil olunacaqdır. Bununla yanaşı, məqalədə Heydər Əliyevin şəffalıq amilinin və təhlükəsizlik siyasətinin onun iqtisadi siyasətətindəki yeri təhlil olunaraq bu amillərin Azərbaycandakı biznes fəaliyyətinə təsirləri müzakirə olunacaqdır. Bu kontekstdə ilk növbədə Azərbaycanın müvafiq dövrdəki (1993-2003-cü illər) iqtisadi inkişafı makroiqtisadi göstəricilər prizmasından dəyərləndiriləcək və daha sonra bu inkişaf çərçivəsində Heydər Əliyevin iqtisadi siyasətindəki şəffaflıq amilinin və təhlükəsizlik siyasəti kontekstində Azərbaycandakı biznes fəaliyyəti baxımından imkanları tədqiq ediləcəkdir. 

Açar sözlər: Azərbaycan iqtisadiyyatı, Heydər Əliyev, iqtisadi siyasət, iqtisadiyyatda şəffaflıq, iqtisadi transformasiya, biznesin inkişafı


Yunis Avazov 

Azerbaijan State University of Economics

master student

avazovy@gmail.com 


Providing transparency and organization of business activity in 

Hayder Aliyev's economic policy


Abstract

It should be noted that in modern times, all areas of Azerbaijan's economy have begun to be re-established in the direction of transition to a market economy based on the principle of free competition. Although this process was somewhat delayed due to many objective reasons, the basis of the economic strategy of our republic was the idea of transition to a market economy. In order for the country to successfully move forward in this chosen direction and achieve the set goals, it is of particular importance to carry out reforms in all areas of the economy under the leadership of H. Aliyev, and ensure the transformation to a market economy. It is necessary to emphasize one point that the economic policy of H.Aliyev did not remain unaffected by the development of business activities in Azerbaijan.

In this article, we will focus on Heydar Aliyev's undeniable role in eliminating the elements that threaten the economic independence of our country in the post-Soviet era. In the article, a number of changes that occurred in the economic life of our country during the leadership of national leader Heydar Aliyev, issues of adaptation and transformation to the existing new system, and in the light of such factors, how and in what form the business environment was formed in the country will be examined and analyzed. In addition, the article will analyze the place of Heydar Aliyev's transparency factor and security policy in his economic policy and discuss the effects of these factors on business activity in Azerbaijan. In this context, first of all, the economic development of Azerbaijan in the relevant period (1993-2003) will be evaluated from the prism of macroeconomic indicators, and then, within the framework of this development, the transparency factor in Heydar Aliyev's economic policy and the possibilities of business activity in Azerbaijan in the context of security policy will be studied.

Keywords: economy of Azerbaijan, Heydar Aliyev, economic policy, transparency in the economy, economic transformation, business development


Baxış: 190