DOI: https://doi.org/10.36719/2706-6185/33/145-149

Əhmədağa Səfərli 

Azərbaycan Dövlət İqtisad Universiteti

magistrant

safarliaxmed@gmail.com


“BREND İMİCİ VƏ QAVRANAN KEYFİYYƏTİN MODERATOR ROLU”


Xülasə

Müəssisələr uzunmüddətli və sağlam strukturda fəaliyyətlərini təşkil etmək üçün rəqabətə davamlı yanaşmalara ehtiyac duyurlar. Qeyri-maddi aktivlər arasında brend əsaslı yanaşmalar, müəssisələri rəqiblərindən fərqləndirmək və istehlakçılara verəcəyi faydalar haqqında məlumatlılığı artırmaq baxımından ön plana çıxır. Brendlərin müəssisələr üçün davamlı rəqabət üstünlüyü yaratmaqda müxtəlif rolları olduğu bildirilir. Onların rolu xüsusilə istehlakçıların məhsullar haqqında intellektual fikirlərinin mühüm əksini yaratmaq, fərqləndirmə və üstünlük verilməsini təmin etmək baxımından güclüdür. Brend dəyəri müxtəlif tərəflər tərəfindən qiymətləndirilə bilən bir anlayışdır. Bu tərəflər istehsalçılar, pərakəndə satıcılar, investorlar, qeyri-kommersiya təşkilatları və istehlakçılar kimi təsnif edilə bilər. Brendləşməyə yanaşmalar brendlə bağlı müxtəlif strukturların yaranması ilə nəticələndi. Ədəbiyyatda brendə münasibətdə obraz, dəyər, sədaqət, ekvivalentlik, assosiasiya, kapital, sevgi və s. kimi bir çox digər strukturlar da araşdırılır və qiymətləndirilir. Qəbul edilən faydalılıq, qəbul edilən keyfiyyət və marka əlaqəsi biznes strategiyaları sahəsində mühüm dəyişənlər arasında geniş şəkildə qəbul edilir. Geniş vüsət alan əlaqələr marketinqi çərçivəsində tədqiqatçıların və menecerlərin baxışında tədricən müvafiq anlayışlar yerləşmişdir. Bu araşdırmanın məqsədi brend imicinin və qavranan keyfiyyətin brend assosiasiyalarına müsbət təsirini öyrənməkdən ibarətdir. Qavranılan faydalılıq və istehlakçı əsaslı brend kapitalı arasındakı əlaqəni araşdırarkən, gələcək tədqiqatlar bütün prosesin başa düşülməsini yaxşılaşdırmağa çalışacaqdır.

Açar sözlər: qavranan keyfiyyət, brend, imic, marketinq, kapital 


Ahmadagha Safarli 

Azerbaijan State University of Economics 

master student 

safarliaxmed@gmail.com


"Moderator role of brand image and perceived quality"


Abstract 

Enterprises need competitive approaches to organize their activities in a long-term and healthy structure. Among intangible assets, brand-based approaches come to the fore in terms of differentiating businesses from their competitors and raising awareness of the benefits to consumers. Brands are said to play a variety of roles in creating sustainable competitive advantage for businesses. Their role is particularly strong in terms of creating an important reflection of consumers' intellectual opinions about products, providing differentiation and preference. Brand value is a concept that can be evaluated by different parties. These parties can be classified as manufacturers, retailers, investors, non-profit organizations and consumers. Approaches to branding have resulted in different brand structures. In the literature, image, value, loyalty, equivalence, association, capital, love, etc., are related to the brand. Many other structures are also investigated and evaluated. Perceived usefulness, perceived quality and brand association are widely recognized as important variables in the field of business strategies. Within the framework of extensive relationship marketing, relevant concepts have gradually settled in the view of researchers and managers. The purpose of this study is to study the positive effect of brand image and perceived quality on brand associations. In examining the relationship between perceived usefulness and consumer-based brand equity, future research will seek to improve understanding of the entire process.

Keywords: perceived quality, brand, image, marketing, equity


Baxış: 204