DOI: https://doi.org/10.36719/2706-6185/33/207-212

İsfəndiyar Nəcəfov

Azərbaycan Texniki Universiteti

magistrant

isfendiyarnecefov55555@gmail.com

UOT 394      


ELEKTRON HÖKUMƏTİN TƏTBİQİNİN İQTİSADİYYATIN 

İNKİŞAFINA TƏSİRİNİN TƏHLİLİ  


Xülasə

Bazar iqtisadiyyatı və qlobal iqtisadi tendensiyalar dövlət idarəçiliyinin müxtəlif səviyyə və sahələrində tətbiq olunan rəqəmsal həll yolları vətəndaş məmnuniyyətini və sahibkarların imkanlarının artırılmasına, idarəçilikdə şəffaflığın və iqtisadi səmərəliliyin yüksəldilməsinə böyük təkan verir. XXI əsrdə dünya iqtisadiyyatını əhatə edən sürətli qloballaşma tendensiyası çərçivəsində internetdən istifadənin və ümumilikdə İKT-lərin tətbiq sahələrinin genişlənməsi ictimai həyatın bütün sahələrinə, o cümlədən, dövlət sektoruna, iqtisadiyyatın və xüsusilə, özəl sektorun tənzimlənməsi metodlarına əhəmiyyətli təsir göstərmişdir. Beləliklə, yeni texnologiyaların iqtisadi inkişafa və cəmiyyətin həyatına səmərəli təsiri elektron hökumət sisteminin meydana çıxmasını şərtləndirən əsas amil kimi qiymətləndirilir.

Məqsəd – rəqəmsallaşma şəraitində sürətlə tətbiq olunan elektron hökumət sisteminə dair konseptal yanaşmaları, elektron hökumət modellərinin əsas vəzifələrini və iqtisadi inkişafa təsirini  müəyyənləşdirməkdən ibarətdir. 

Metodologiya – məqalədə ədəbiyyat icmalı həyata keçirilməklə azərbaycanlı və xarici alimlərin mövzu ilə bağlı yanaşmaları incələnmiş, məzmun analizi, müqayisə və ümumiləşdirmə metodlarından istifadə edilmişdir.

Tədqiqatın nəticələri – bazar iqtisadiyyatı şəraitində elektron hökumətin başlıca məqsədi İKT və digər infrastruktur elementlərdən istifadə etməklə vətəndaşlar və biznes subyektlərinə məsafədən daha keyfiyyətli və operativ xidmətin göstərilməsi və dövlət orqanları arasında koordinasiyanın gücləndirilməsindən ibarətdir. 

Açar sözlər: Qlobal iqtisadiyyat, İKT, şəffaflıq, inkişaf, iqtisadi artım


Isfandiyar Najafov 

Azerbaijan Technical University

master student 

isfendiyarnecefov55555@gmail.com

UOT 394      


Analysis of the impact of electronic government application 

on economic development


Abstract

Market economy and global economic trends, digital solutions applied at different levels and areas of public administration give a great impetus to increase citizen satisfaction and opportunities of entrepreneurs, increase transparency in management and economic efficiency. Within the framework of the rapid globalization trend covering the world economy in the 21st century, the expansion of the use of the Internet and the application of ICT in general has had a significant impact on all areas of public life, including the public sector, the methods of regulating the economy and, in particular, the private sector. Thus, the effective impact of new technologies on economic development and the life of society is considered as the main factor determining the emergence of the electronic government system.

Purpose – is determining the conceptual approaches to the electronic government system, which is rapidly applied in the digitalization environment, the main tasks of electronic government models and their impact on economic development.

Methodology - in the article, the approaches of Azerbaijani and foreign scientists on the subject were refined by conducting a literature review, content analysis, comparison and generalization methods were used.

Study Findings - in the market economy, the main goal of e-government is to provide better quality and prompt service to citizens and business entities remotely by using ICT and other infrastructure elements and to strengthen coordination between state bodies.

Keywords: Global economy, ICT, transparency, development, economic growth


Baxış: 239