DOI: https://doi.org/10.36719/2706-6185/34/17-22

Ramilə Nəsirova

Azərbaycan Dövlət Dəniz Akademiyası

filologiya üzrə fəlsəfə doktoru 

ramilefarajova@gmail.com


MÜXTƏLİFSİSTEMLİ DİLLƏRDƏ QRAMMATİK ANOMALİYALAR


Xülasə

Tipoloji və genetik münasibətdə bir-birinə ən uzaq müxtəlif dillərə aid faktların müqayisə edilməsi təcrübəsi göstərir ki, bu dillərdə eyni və oxşar hadisələr mövcuddur. Dillərin bu yöndə müqayisəli öyrənilməsi onların əksəriyyəti üçün xarakterik olan hadisələri və hər bir dilin xüsusiyyətlərini daha tam və dərindən öyrənməyə imkan verir. Başqa sözlə, dillərin müqayisəli öyrənilməsi müqayisəyə cəlb edilən dillərin daxili sistemininin təsvirini verməyə yardım edir. Morfoloji üsullar dedikdə, biz yalnız şəkilçilər vasitəsilə söz yaradıcılığından deyil, eyni zamanda bu üsullar sırasına morfoloji qoşulma, reduplikasiya, inkorporasiya və konversiya üsullarını da aid edirik. Bizim fikrimizcə, sadalanan bu üsullar bir sıra dillərdə leksik, sintaktik və ya leksik-sintaktik üsullar kimi təsnif olunmalarına baxmayaraq, morfoloji üsulun digər üsullarla kombinə edilmiş formalarıdır. Onlar tarixən morfemlərin iştirakı ilə formalaşmış, müasir dövrdə bir çox dillərdə morfoloji üsulun bir sıra keyfiyyətlərinin daşıyıcısı kimi çıxış edir.  

Açar sözlər: müxtəlifsistemli dillər, qrammatik anomaliya, inkorporasiya, affiksasiya, suffiksasiya, prefiksasiya, reduplikasiyası


Ramila Nasirova

Azerbaijan State Maritime Academy

PhD in Philology

ramilefarajova@gmail.com


Grammatical anomalies in languages with different systems


Abstract

The experience of comparing the facts of different languages, which are most distant from each other in typological and genetic relation, shows that the same and similar phenomena exist in these languages. The comparative study of languages in this sense allows a more complete and in-depth study of the phenomena that are characteristic of most of them and the peculiarities of each language. In other words, the comparative study of languages helps to describe the internal system of the compared languages. By morphological methods we mean not only the creation of words by suffixes, but also morphological joining, reduplication, incorporation, and conversion methods. In our view, these methods are combined forms of the morphological method with other methods, although in a number of languages, they are classified as lexical, syntactic, or lexical-syntactic methods. They were historically formed with the participation of morphemes, and in modern times they act as carriers of a number of qualities of the morphological method in many languages.

Keywords: languages with different systems, grammatical anomaly, incorporation, affixation, suffixation, prefixation, reduplication


Baxış: 247