DOI: https://doi.org/10.36719/2706-6185/34/161-165

Gülçöhrə Hüseynzadə

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası

magistrant

guluhussain98@gmail.com 


VAHİD MƏHKƏMƏ TƏCRÜBƏSİ PRİNSİPİNİN MİLLİ HÜQUQ SİSTEMİNDƏ YERİ


Xülasə

Məhkəmə təcrübəsi - hüquqi tənzimləmə mexanizminin bir halqasıdır. Hüquqi tənzimləmə mexanizmi isə dövri olmaqla, hüquqyaradıcılığı ilə bağlanır. Bundan sonra hüququn realizəsi və hüququn tətbiqi mərhələləri başlayır ki, bu mərhələlər də öz növbəsində yeni hüquqyaradıcılığına təkan verir. Hüquqi tənzimləmə mexanizmində məhkəmə hakimiyyətinin əsas funksiyası hüququn tətbiqidir. Lakin mexanizmdə hüquqtətbiqetmə hüquqyaradıcılığının yeni bir qolu ilə kəsişir. Burada isə əsas rolu məhkəmə presedenti oynayır. 

Presedent latın sözü olub (praesedentis) sözündən götürülüb mənası əvvəlki, qabaqkı, əvvəl gələn mənasını verir. Məhkəmə presedenti konkret iş üzrə çıxarılmış elə qərardır ki, bu qərar analoji işlərin həll zamanı həmin məhkəmə və ya aşağı instansiya məhkəmələri üçün məcburi xarakter daşıyır. 

Ən geniş mənada məhkəmə presedenti konkret iş üzrə məhkəmənin çıxardığı elə qərardır ki, bu qərar gələcəkdə hakimlərə analoji işlərin həlli zamanı qərarnı çıxarılmasına yardımçı olur. Bu mənada «presedent» termini məhkəmə qərarından başqa bir şey deyildir. Buna görə də prinsip etibarı ilə məhkəmələrin qərarları presedent hüquq kimi qəbul olunur.

Açar sözlər: məhkəmə presedenti, hüququn mənbəyi, Ali Məhkəmə, davranış qaydaları, normative aktlar


Gulchohra Huseynzade

The Academy of Public Administration under the 

President of the Republic of Azerbaijan

master student

guluhussain98@gmail.com


The place of the principle of unit court practice in the national legal system


Abstract

The court is a link of the legal regulation mechanism. It is periodically closed by legal regulation mechanism. After that, the stage of realization and application of the right is started, and these stages, in turn, give impetus to new law-making. The main functions of management in the legal regulatory mechanism are the application of law. But in the process, law enforcement intersects with a new branch of law-making. Court precedent plays the main role here.

Precedent is derived from the Latin word praesetis and means previous, former. A judicial precedent is a specific decision established in a case, which is binding for the court or lower instance districts during the resolution of similar cases. 

In the broadest sense, a court precedent is a decision issued by a court on a specific case, which helps judges to make a decision during the resolution of analogies. In this sense, the term "precedent" is nothing but a court decision. Therefore, in principle, court decisions are accepted as presidential rights.

Keywords: judicial precedent, source of law, Supreme Court, rules of conduct, normative acts.


Baxış: 221