DOI: https://doi.org/10.36719/2706-6185/35/61-67

Abdulla Mustafayev

Naxçıvan Dövlət Universiteti

tarix üzrə fəlsəfə doktoru

abdullamustafayev78@gmail.com

Rəsul Bağırov

Naxçıvan Dövlət Universiteti

tarix üzrə fəlsəfə doktoru

bagirovresul11@gmail.com

Ruhiyyə Rzayeva

Naxçıvan Dövlət Universiteti

tarix üzrə fəlsəfə doktoru

rzayeva.ruhiyye0011@email:ail.com

Münəvvər Süleymanova

Naxçıvan Dövlət Universiteti

doktorant

alexandra.tarverdiyeva@mail.ru


TARİX DƏRSLƏRİNDƏ KOMPÜTER TEXNOLOGİYALARINDAN İSTİFADƏ


Xülasə

Məqalədə informasiya texnologiyalarının nəinki təhsil sistemində, bütövlükdə həyatımızın bütün sahələrində oynadığı rolu araşdırmağa cəhd göstərilmişdir. Qeyd olunmuşdur ki, təlim və təhsilin ən mühüm nəticələrindən biri tələbələrdə kompüter texnologiyalarını mənimsəmə bacarıqlarının olmasıdır. Bu işdə müəllimin öz fəaliyyətində kompüter texnologiyalarından istifadəyə üstünlük verməsi xüsusi əhəmiyyət daşıyır.

Göstərilir ki, təhsilin informasiya-kommunikasiya texnologiyaları konkret tədris fənninin xüsusiyyətlərini nəzərə almaqla kompüter mühitində təhsil prosesini necə təşkil etmək, tədris və praktiki məqsədlər, kompüter texnologiyalarından, vasitələrindən necə istifadə etmək və s. kimi suallara cavab axtarıb tapmalıdır.

Tarixin tədrisində kompüter texnologiyalarından istifadə müasir dünyanın informasiya axınında naviqasiya bacarığı və informasiya mübadiləsinə zəmin yaradan bacarıqlar inkişaf etməsinə imkan verir.

Məqalədə həmçinin qeyd olunur ki, dünyada informasiyanın yaradılması, saxlanması və emalı üçün proqram təminatı və texniki vasitələrin sürətli inkişafı müasir cəmiyyətin istiqamətlərini getdikcə daha sürətlə dəyişir. Kompüter texnologiyalarının insan fəaliyyətinin müxtəlif sahələrinə tətbiqi təhsil sahəsindən də yan keçmir. Bu baxımdan müasir müəllimin təfəkkürünün onun pedaqoji fəaliyyətinə yeni tələblərin dərk edilməsinə, kompüter texnologiyalarından yardımçı təhsil resursu kimi istifadəyə yönləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. 

Göstərilmişdir ki, Azərbaycanda təhsilin inkişafı ilə əlaqədar qəbul edilmiş bütün sənədlər təhsil səviyyələrində kompüter texnologiyalarından istifadənin həyata keçirilməsini təmin edir.

Belə bir nəticəyə gəlinmişdir ki, tarix dərslərində kompüterdən istifadə etməklə biz yeni nəsli insan şüurunu informasiya yükündən qorumaq probleminin çox aktual olduğu informasiya cəmiyyətində gələcək həyata hazırlayırıq. Müəllimə uşaqlara onların qavrayışı və başa düşülməsinə hazır olmayan bir şagirdin üzərinə düşən məlumat axınlarını tənqidi şəkildə şərh etməyi öyrətmək kimi məsuliyyətli bir vəzifə tapşırılır.

Açar sözlər: müasir informasiya texnologiyaları, kompüter texnologiyaları, fərdi kompüterlər, tarixin tədrisi prosesi, Milli Strategiya, Ümumdünya Sammiti, internet resursları




Abdulla Mustafayev

Nakhchivan State University

Doctor of Philosophy in History

abdullamustafayev78@gmail.com

Rasul Baghirov

Nakhchivan State University

Doctor of Philosophy in History

bagirovresul11@gmail.com

Ruhiyya Rzayeva

Nakhchivan State University

Doctor of Philosophy in History

rzayeva.ruhiyye0011@email:ail.com

Munavvar Suleymanova

Nakhchivan State University

Ph.D student

alexandra.tarverdiyeva@mail.ru


Use of Computer Technologies in History Lessons


Abstract

In the article, an attempt was made to investigate the role of information technology not only in the education system, but in all areas of our life as a whole. It was noted that one of the most important results of training and education is students' ability to master computer technologies. In this work, it is of particular importance that the teacher prefers to use computer technologies in his activities.

It is shown that information and communication technologies of education, how to organize the educational process in a computer environment, taking into account the characteristics of a specific subject, educational and practical goals, how to use computer technology tools, etc. must find answers to such questions.

The use of computer technologies in the teaching of history allows the development of the ability to navigate the information flow of the modern world and the skills that create the basis for information exchange.

The article also mentions that the rapid development of software and technical tools for the creation, storage and processing of information in the world is changing the directions of modern society more and more rapidly. The application of computer technologies to various fields of human activity does not bypass the field of education. From this point of view, it is of particular importance to direct the thinking of a modern teacher to the understanding of new requirements for his pedagogical activity, to the readiness to use computer technologies as an auxiliary educational resource.

 It has been shown that all documents adopted in connection with the development of education in Azerbaijan ensure the use of computer technologies at educational levels.

It was concluded that by using computers in history lessons, we are preparing the new generation for the future life in the information society, where the problem of protecting the human mind from information overload is very urgent. The teacher is entrusted with the responsible task of teaching children to critically interpret the streams of information that fall upon a student who is not ready for their perception and understanding.

Keywords: modern information technologies, computer technologies, personal computers, history teaching process, National Strategy, World Summit, internet resources


Baxış: 227