DOI: https://doi.org/10.36719/2706-6185/35/113-119

Tarja Sariyeva

Baku State University

master student

sarievatarca@gmail.com


CONCEPT OF DIGITAL PERMANENT ESTABLISHMENT AND THE LEGAL ANALYSIS OF NECESSITY OF ITS APPLICATION IN THE TAX SYSTEM OF 

THE REPUBLIC OF AZERBAIJAN


Abstract

The rise of the digital economy has become a major concern for the global society since it has drastically altered tax laws worldwide. Existing national tax policy is designed on the basis of the “permanent establishment” concept when determining the tax liability of business. However digitalization allows businesses to function without meeting the permanent establishment requirement in any jurisdiction. In addition, tax authorities finds it difficult to characterize the income of foreign (non-resident) digital companies for tax purposes as they can easily move across jurisdictions, skip registration process and etc.   

It is without question necessary to adapt existing tax system to the new way of doing business and establish legislative answers at the Azerbaijani level to the difficulties posed by the digital economy. The revenues of foreign digital companies are currently untaxed in the Republic of Azerbaijan. At that point, digital companies generating revenues from Azerbaijani source without having a permanent establishment in the Republic of Azerbaijan should get the same tax treatment as those with a physical permanent establishment.

Keywords: digital permanent establishment, digital economy, nexus rules, non-resident, digital company, income tax, profit tax                   


Tərcə Sarıyeva

Bakı Dövlət Universiteti

magistrant

sarievatarca@gmail.com


Rəqəmsal daimi nümayəndəlik anlayışı və onun Azərbaycan Respublikasının vergi sistemində tətbiqi zərurətinin hüquqi analizi


Xülasə

Rəqəmsal iqtisadiyyatın inkişafı dünya miqyasında vergi qanunlarını kəskin şəkildə dəyişdirdiyi üçün qlobal cəmiyyət üçün vacib problemlərdən birinə çevrilmişdir. Mövcud milli vergi siyasətində biznesin vergi öhdəliyinin müəyyən edilməsi zamanı “daimi nümayəndəlik” konsepsiyası əsas götürülür. Bununla belə, rəqəmsallaşma bizneslərə hər hansı yurisdiksiyada daimi nümayəndəlik tələblərinə cavab vermədən fəaliyyət göstərməyə imkan verir. Bununla yanaşı, xarici (qeyri-rezident) rəqəmsal şirkətlərin müxtəlif yurisdiksiyalar arasında asanlıqla hərəkət edə bilməsi, qeydiyyat prosesini atlaması və bu kimi digər səbəblərdən vergi orqanları vergi məqsədləri üçün onların gəlirlərini xarakterizə etməkdə çətinlik çəkirlər.       

Şübhəsizdir ki, mövcud vergi sisteminin biznesin yeni üsuluna uyğunlaşdırılması və rəqəmsal iqtisadiyyatın inkişafı ilə ortaya çıxan məsələlərin Azərbaycan qanunvericiliyində tənzimlənməsi mütləqdir. Hazırda Azərbaycan Respublikasında xarici (qeyri-rezident) rəqəmsal şirkətlərin mənfəətindən (gəlirindən) vergi tutulmur. Bununla belə, Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmadan Azərbaycan mənbəyindən gəlir əldə edən xarici rəqəmsal şirkətlər fiziki daimi nümayəndəliyi olanlarla eyni vergi rejiminə malik olmalıdırlar.

Açar sözlər: rəqəmsal daimi nümayəndəlik, rəqəmsal iqtisadiyyat, neksus qaydaları, qeyri-rezident, rəqəmsal şirkət, gəlir vergisi, mənfəət vergisi




Baxış: 161