Arxiv
Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI: https://doi.org/10.36719/2663-4619/104/25-35

İlqar Şixverdiyev

Bakı Türk Anadolu Liseyi

ilqarshikhverdiyev37@gmail.com

Ceyhun Rəhimli

Azərbaycan Texniki Universiteti 

magistrant 

ceyhunrahimli544@gmail.com

Elçin Babayev

Kataliz və Qeyri-Üzvi Kimya İnstitutu

doktorant

elchinamea@gmail.com

Nərgiz Rəhimli 

Kataliz və Qeyri-Üzvi Kimya İnstitutu

doktorant

narciss.rehim93@gmail.com


VƏTƏNDAŞYÖNÜMLÜ ELEKTRON DÖVLƏT ANLAYIŞI, ƏSAS PRİNSİPLƏRİ 

VƏ ONUN QİYMƏTLƏNDİRİLMƏSİNİN MÜASİR VƏZİYYƏTİ


Xülasə

Müasir dövrdə heç bir dövlət və ya müəssisənin fəaliyyətini kompüter texnologiyaları və onun imkanlarından istifadə etmədən təsəvvür etmək mümkün deyildir. Əks halda, dövlətin yürütdüyü siyasət kifayət qədər effektiv və uğurlu ola bilməz. O cümlədən dövlət xidmətlərindən istifadə zamanı da bu texnologiyalardan istifadə etmək mütləqdir. Buna görə də təqdim olunan icmalda elektron hökumətin təkamülü, əsas prinsipləri və müasir vəziyyəti hərtərəfli araşdırılaraq dövlət ida­rəçiliyinin transformasiyasında İnformasiya və Kommunikasiya Texnologiyalarının (İKT) əsas rolu vurğulanır. Bundan başqa, həm ölkəmizdə, həm də dünyada istifadə olunan mövcud sistemlər üzrə tədqiqatlar aparılmış, onların hər birinin müsbət və mənfi cəhətləri qeyd olunmaqla müqayisəli təhlili göstərilmişdir.

Eyni zamanda Veb 2.0 tətbiqləri ilə asanlaşdırılan artan interaktivlik, iştirak və əməkdaşlıq ilə xarakterizə olunan e-hökumət 2.0-ın meydana gəlməsi araşdırılır. Beynəlxalq e-hökumət təcrübələ­rinin müqayisəli təhlili Böyük Britaniya, Fransa və İspaniya kimi ölkələrin ən yaxşı nümunələr olduğunu vurğulayaraq, Ukrayna, Namibiya, Rumıniya nümunələrində elektron hökumətinin inki­şafı haqqında məlumat verilmişdir. Bununla yanaşı, ölkəmizdə də elektron hökumət siyasətinin rolu, inkişafı, qarşıya qoyulan məqsədlər və aparılan işlər qeyd olunmuşdur. 

Açar sözlər: informasiya cəmiyyəti, İKT, veb-sayt, e-dövlət, interaktiv xidmətlər


Ilgar Shikhverdiyev

Baku Turkish Anatolian High School 

ilqarshikhverdiyev37@gmail.com

 Jeyhun Rahimli

 Azerbaijan Technical University

 master student 

ceyhunrahimli544@gmail.com

 Elchin Babayev

Institute of Catalysis and Inorganic Chemistry

Ph. D. student 

elchinamea@gmail.com



Nargiz Rahimli 

Institute of Catalysis and Inorganic Chemistry

Ph. D. student

narciss.rehim93@gmail.com


Citizen-oriented electronic government concept, its main principles, 

and the current state of its evaluation


Abstract

In the modern era, it is impossible to imagine the functioning of any government or institution without the use of computer technologies and their capabilities. Otherwise, the policies pursued by the government cannot be sufficiently effective and successful. Also, it is essential to use these technologies in the utilization of government services. Therefore, this summary comprehensively examines the evolution, main principles, and current state of electronic government, emphasizing the fundamental role of Information and Communication Technologies (ICT) in the transformation of governance. Additionally, research has been conducted on the existing systems used both in our country and globally, presenting a comparative analysis by noting the positive and negative aspects of each.

At the same time, the emergence of e-Government 2.0, characterized by increased interactivity, participation, and collaboration facilitated by Web 2.0 applications, is explored. A comparative analysis of international e-government experiments highlights countries like the United Kingdom, France, and Spain as the best examples, while information is provided on the development of electronic government in countries such as Ukraine, Namibia, and Romania. Furthermore, the role, development, goals, and ongoing efforts of the Electronic Government policy in our country are also mentioned.

Keywords: information society, ICT, website, e-government, interactive services


Baxış: 195