DOI: https://doi.org/10.36719/2706-6185/37/25-30

Eltun Ibrahimov

Nakhchivan State University

Doctor of Philosophy in Economics

ibrahimoveltun@ndu.edu.az

https://orcid.org/0009-0001-9936-3295

Turgan Babayev

Nakhchivan State University

Doctor of Philosophy in Economics

babayevturqan@ndu.edu.az

https://orcid.org/0009-0009-2926-0782


THE ROLE OF THE FINANCIAL SYSTEM IN SOCIO-ECONOMIC 

DEVELOPMENT OF THE REGIONS


Abstract

In order to develop a country, its individual regions must be developed. Developing the regions can be possible by eliminating the inequalities between them. In accordance with world experience, fundamental state programs in this direction have been adopted and are being implemented in our country. The programs envisage the development of the non-oil sector and entrepreneurship in our country, and the further improvement of the financial condition of the population. Adopted programs are continuously improved and more priority issues are brought to the fore in the coming years. The full provision of economic independence is closely related to the correct and efficient use of available financial resources. Because, without these resources, it will not be possible to implement any state program or project. The links that make up the state financial system are closely connected and almost complement each other. The sub-systems included in it are the main regulatory tools in the effective implementation of economic and social policy and the protection of healthy economic competition. The article provides brief information about the financial system. The important goals of the state's socio-economic policy, sources of funding for measures to be implemented within the framework of the State Programs for socio-economic development in the regions in different years, what works are carried out within the framework of the state programs planned in the regions at the expense of financial resources are discussed in detail.

Keywords: regional economy, financial system, budget, state programs, fund


Eltun İbrahimov

Naxçıvan Dövlət Universiteti

iqtisad üzrə fəlsəfə doktoru

ibrahimoveltun@ndu.edu.az

https://orcid.org/0009-0001-9936-3295

Turqan Babayev 

Naxçıvan Dövlət Universiteti

iqtisad üzrə fəlsəfə doktoru

babayevturqan@ndu.edu.az

https://orcid.org/0009-0009-2926-0782


Regionların sosial-iqtisadi inkişafinda maliyyə sisteminin rolu


Xülasə

Bir ölkənin inkişaf etməsi üçün onun ayrı-ayrı regionları inkişaf etməlidir. Regionları inkişaf etdirmək isə onlar arasında olan bərabərsizlikləri ortadan qaldırmaqla mümkündür. Dünya təcrübəsinə uyğun olaraq, ölkəmizdə də bu istiqamətdə əsaslı dövlət proqramları qəbul edilmiş və icra olunmaqdadır. Proqramlarda ölkəmizdə qeyri-neft sektorunun və sahibkarlığın inkişafı, əhalinin maddi vəziyyətinin daha da yaxşılaşması nəzərdə tutulmuşdur. Qəbul edilmiş proqramlar davamlı olaraq təkmilləşdirilir və növbəti illərdə daha prioritet məsələlər ön plana çıxarılır.

İqtisadi müstəqilliyin tam təmin olunması mövcud maliyyə imkanlarından düzgün və səmərəli istifadə olunması ilə sıx bağlıdır. Çünki bu resurslar olmadan hansısa dövlət proqramının və ya layihənin həyata keçirilməsi mümkün olmaz. Dövlət maliyyə sistemini təşkil edən həlqələr bir-biri ilə bağlıdır və demək olar ki, bir-birini tamamlayırlar. Ona daxil olan altsistemlər iqtisadi və sosial siyasətin səmərəli icra olunmasında və sağlam iqtisadi rəqabətin qorunmasında başlıca tənzimləyici vasitələrdir. Məqalədə maliyyə sistemi haqqında qısa məlumat verilir, dövlətin sosial-iqtisadi siyasətinin vacib məqsədləri, fərqli illərdə regionlarda sosial-iqtisadi inkişafa dair Dövlət Proqramları çərçivəsində həyata keçiriləcək tədbirlərin maliyyələşdirilməsi mənbələri, maliyyə resursları hesabına regionlarda nəzərdə tutulmuş dövlət proqramları çərçivəsində hansı işlərin görülməsindən bəhs olunur.

Açar sözlər: regional iqtisadiyyat, maliyyə sistemi, büdcə, dövlət proqramları, fond


Baxış: 97