Arxiv
Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

https://doi.org/10.36719/2663-4619/105/29-36

Elkin Məmmədzadə 

Bakı, Azərbaycan

elkin.mamadzada91@gmail.com

UOT: 342.25


Əməyin mühafizəsinin təşkili, motivasiya idarəetmə 

mexanizmi və stimullaşdırmanın əsas aspektləri


Xülasə

Məqalədə qeyd olunur ki, Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra ölkədə insan hüquqlarını ən üst səviyyədə müdafiə etməyə yönəlmiş və özündə bu hüquqları təsbit edən islahatlara başlanıldı. Çağdaş dövrdə insanların əmək fəaliyyəti ən mürəkkəb istehsal, alət və vasitələrdən istifadə ilə bağlıdır. İşçinin əməyin mühafizəsi sahəsində olan hüququnun təminatı olduqca çoxcəhətlidir. Əsas təminat - iqtisadi təminat istehsalat prosesində əməyin mühafizəsinin fasiləsiz, plana uyğun şəkildə yaxşılaşdırılmasıdır. İşçilərin motivasiyası sahəsində yeni növ mexanizmlərin, stimullaşdırıcı vasitələrin tətbiq edilməsi günümüzün önəmli tələbinə çevrilir. Əgər əvvəllər (10-20 il qabaq) işçilərin motivasiyasında əmək haqqı artımı və maddi təminat önə çəkilərək əsas hesab edilirdisə, indi təkcə bu amillər işçi heyətin əmək fəaliyyətinin və funksiyasının səmərəli təşkili üçün kifayətedici hesab oluna bilməz. 

Açar sözlər: əməyin mühafizəsi, stimullaşdırmanın əsas aspektləri, işçilərin motivasiyası, insanların əmək fəaliyyəti, əməyin təhlükəsizliyi 


Elkin Mammadzade

Baku, Azerbaijan

elkin.mamadzada91@gmail.com

UOT: 342.25


Organization of Labor Protection, Motivation Management Mechanism and 

Main Aspects of Incentives


Abstract

 The article notes that after the Republic of Azerbaijan gained independence, reforms began in the country aimed at protecting human rights at the highest level and establishing these rights. In modern times, people's labor activity is associated with the use of complex production tools and means. Protection of an employee’s right to labor protection is quite multifaceted. The main guarantee of economic security is the constant, planned improvement of labor protection in production. The use of new mechanisms and incentive tools in the field of employee motivation is becoming an important requirement of our time. If just a few decades ago, employee motivation focused on increasing wages and financial security, now these factors alone cannot be considered sufficient for the effective organization of staff work. 

Keywords: labor protection, main aspects of incentives, employee motivation, people’s labor activity, labor safety




Baxış: 343