https://doi.org/10.36719/2706-6185/38/7-10

Nailə Mamayeva

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

psixologiya üzrə fəlsəfə doktoru

nani1964@list.ru


Azərbaycanda ailənin formalaşmasının sosial-psixoloji problemləri


Xülasə

Ailə mürəkkəb sosial hadisə kimi insan fəaliyyətinin demək olar ki, bütün aspektlərini əhatə edir və sosial praktikanın vacib səviyyələrinə çatır. Ailə dəyərlərinin yenidən nəzərdən keçirilməsi və qiymətləndirilməsi cəmiyyətimizin aktuallığını təşkil edir, eyni zamanda ənənəvi ailə dəyərləri nəinki transformasiyaya məruz qalır, hətta bəzi aspektlərində dəyərsizləşir. Evlənən və birgə həyata addım atan insanlar, nə qədər fərqli olsalar da, bir-birlərindən gözləntilərini və tələblərini əla­qələndirməlidirlər. Ailə dəyərlərinin ortaq iyerarxiyası elə qurulmalıdır ki, o, hər iki həyat yoldaşı üçün məmnunluq gətirən, həyat keyfiyyətini yaxşılaşdıran çevik və effektiv mübarizə sisteminə çev­rilsin.

Açar sözlər: dəyərlər, dəyər istiqamətləri, ailə, evlilik, reproduktiv münasibətlər, gənclik, müa­sir cəmiyyət, İnstrumental və Terminal dəyərlər, müasir gənclərin sosial istiqamətləri, gənclərin həyat dəyərlərinin seçimi, ailədə sosial-psixoloji böhran


Naila Mamayeva

Azerbaijan State Academy of Physical Education and Sports

Doctor of Philosophy in Psychology

nani1964@list.ru


Social and Psychological Problems of Family Formation in Azerbaijan


Abstract

The family as a complex social phenomenon covers almost all aspects of human activity and reaches important levels of social practice. Restoring and assessing family values is an urgent task in our society, but at the same time, traditional family values are not only transformed, but also in some respects devalued. People who start a life together and get married, no matter how different they may be, are aware of their expectations and requirements for each other. The hierarchy of family values must be jointly established so that it regulates flexible and effective struggle that brings productivity and better quality for both spouses.

Keywords: values, value orientations, family, marriage, reproductive relations, youth, modern society, Instrumental and Terminal values, social trends of modern youth, choice of life values of youth, socio-psychological crisis in the family


Baxış: 182