https://doi.org/10.36719/2706-6185/38/21-25

Təbriz Əliyev

Azərbaycan Dövlət İqtisad Universiteti

doktorant

tabriz.aliyev@yahoo.com


Azərbaycanda kapital bazarlarının inkişaf istiqamətləri


Xülasə

Azərbaycanda kapital bazarlarının inkişaf istiqamətləri ölkənin iqtisadi yüksəlişinə töhfə verəcək strategiyalar və islahatlarla formalaşır. Kapital bazarlarının inkişafı həm yerli, həm də xarici investorların diqqətini cəlb etmək, maliyyə dərinliyini artırmaq və iqtisadiyyatın diversifika­siyasını təmin etmək üçün çox vacibdir. İnvestorlar və şirkətlər üçün mühüm resurs təmin etməklə yanaşı, kapital bazarları iqtisadi artımı dəstəkləyən bir çox üstünlüklər təklif edir. 

Kapital bazarlarının inkişafı iqtisadi inkişafı sürətləndirir və maliyyə sabitliyini dəstəkləyir. Odur ki dövlətin və müvafiq qurumların kapital bazarlarının inkişafı istiqamətində səyləri ölkənin uzunmüddətli iqtisadi məqsədlərinə çatmaqda mühüm rol oynayır. 

Məqalədə maliyyə bazarının fəaliyyətinin nəzəri və praktik aspektləri müzakirə olunur, müxtəlif maliyyə alətlərinin gəlirlilik səviyyəsinin dinamikası və maliyyə bazarının seqmentlərinin inkişaf dərəcəsi təhlil edilir.

Açar sözlər: maliyyə bazarı, investorlar, fond birjaları, kapital


Tabriz Aliyev

Azerbaijan State University of Economics

Ph. D. student

tabriz.aliyev@yahoo.com


Development Directions of Capital Markets in Azerbaijan


Abstract

Development directions of capital markets in Azerbaijan are formed by strategies and reforms that will contribute to the country's economic growth. The development of capital markets is very important for attracting the attention of both domestic and foreign investors, increasing financial depth and diversifying the economy. In addition to providing an important resource for investors and companies, capital markets offer many benefits that support economic growth. 

The development of capital markets accelerates economic growth and supports financial stability. Therefore, the efforts of the state and relevant institutions towards the development of capital markets play an important role in achieving the country's long-term economic goals. 

The article discusses the theoretical and practical aspects of financial market activity, analyzes the dynamics of the level of profitability of various financial instruments and the degree of development of financial market segments.

Keywords: financial market, investors, stock exchanges, capital


Baxış: 115