https://doi.org/10.36719/2706-6185/38/36-39

Şəfa Musayeva 

Azərbaycan Dövlət Aqrar Universiteti

musayeva_shafa@list.ru


XIX əsrdə Yelizavetpol quberniyasında sənaye istehsalının 

inkişafı və ümumi vəziyyəti 


Xülasə

Araşdırılan dövrdə Yelizavetpol quberniyasında bazar (əmtəə) münasibətlərinin inkişafı nəticə­sində fabrik-zavod sənayesi təşəkkül taparaq inkişaf etsə də, qədim ənənələrə malik kustar (sənətkarlıq) sənayesi öz mövcudluğunu qoruyub saxlamaqda idi. Bu sənət növləri arasında yun məmulatı sahələri, xüsusən xalça-palaz istehsalı həm məişət əhəmiyyətinə, həm də iqtisadi səmərə­liliyinə görə quberniyanın demək olar ki, maldarlıq təsərrüfatlarının inkişaf etdiyi bütün qəzala­rında, xüsusən Ərəş, Qazax, Şəki, Yelizavetpol qəzalarında, Qarabağın elat cəmiyyətlərində yun mə­mulatı istehsalı geniş yayılmışdı. Quberniyada xalçaçılığın inkişafı bu məmulatlar üçün əsas xammal mənbəyi olan yunun və bununla sıx əlaqədə olan qoyunçuluğun geniş yayılması, bu sahədə geniş istifadə olunan müxtəlif boyaq bitkilərinin bitməsi və ən nəhayət böyük miqdarda əmək resurslarının olması ilə sıx bağlı idi. 

Açar sözlər: sənaye, xammal, xalçaçılıq, sənətkarlıq, istehsal, əmtəə, Yelizavetpol quberniyası


Shafa Musayeva 

Azerbaijan State Agricultural University

musayeva_shafa@list.ru



The Development and General Condition of Industrial Production in the Elisavetpol Governorate in the 19th Century


Abstract

In the investigated period, as a result of the development of market (commodity) relations in Yelizavetpol province, the factory-factory industry was formed and developed, but the handicraft industry with ancient traditions maintained its existence. Among these types of arts, the fields of woolen products, especially the production of carpets and rugs, due to both domestic importance and economic efficiency, are found in almost all regions of the governorate where livestock farms are developed, especially in Arash, Gazakh, Sheki, Elisavetpol regions, and in the elite societies of Karabakh. was widespread. The development of carpet farming in the governorate was closely related to wool, which is the main source of raw materials for these products, and the widespread spread of sheep farming closely related to it, the growing of various dye plants widely used in this area, and finally, the availability of large amounts of labor resources.

Keywords: industry, raw materials, carpet making, crafts, production, commodity, Elisavetpol Governorate


Baxış: 111