Arxiv
Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

https://doi.org/10.36719/2663-4619/106/34-39

Səbinə Cəfərova

Azərbaycan Tibb Universiteti

tibb üzrə fəlsəfə doktoru

doktorsabina72@mail.ru

Sevinc İsmayılova

Azərbaycan Tibb Universiteti

tibb üzrə fəlsəfə doktoru 

ismayilova.sevinc1982@gmail.com

Nuranə Hüseynova

Azərbaycan Tibb Universiteti

doktor_tagiyeva@rambler.ru


Uşaqlarda nekrotik enterokolit zamanı müalicə taktikasının 

xüsusiyyətləri və reabilitasiyası


Xülasə

Məqalədə uşaqlarda nekrotik enterokolit (NEK) zamanı müalicə taktikasının xüsusiyyətləri və reabilitasiyasına dair qısa məlumatlar verilmiş, son illər bu problemin öyrənilməsi üzrə əldə edilən uğurlar və təcrübə paylaşılmışdır. NEK-in aktuallığı onunla şərtlənmişdir ki, əməliyyat edilmiş yenidoğulanlar arasında letallıq yüksək olmaqla 18 % ilə 40 % arasında olmuş və bağırsağın nekrozu zamanı 95-100 %-ə çatmışdır. Cərrahi müalicə üçün meyarların təyin edilməsi ən mürəkkəb məsələlərdən biridir. Praktik olaraq cərrahların hamısı bir fikirdə həmrəydirlər ki, bağırsağın perforasiyası və nekrozu əməliyyata göstərişdir. İdeal şəraitdə əməliyyat yalnız nekroz zonalarının dəqiq məhdudlaşmasından sonra, lakin perforasiyanın inkişaf etməsinə qədər aparıla bilər. Bununlu belə, perforasiyanın inkişaf etməsinə qədər bağırsağın diaqnostikası çox mürəkkəbdir. NEK zamanı müalicə taktikasının seçimi uşağın vəziyyətinin ağırlıq dərəcəsindən və prosesin mərhələsindən asılıdır. Nekrotik enterokolit probleminin tədqiqinə dair aparılan müayinələrə maraq zəifləmir. Bu xəstəlik zamanı patogenezin öyrənilməsi, yeni diaqnostik meyarların axtarılması, nekrotik enterokolitin inkişaf təhlükəsi olan pasiyentlər üçün profilaktika tədbirlərinin işlənib hazırlanması daha aktual məsələlərdən sayılır.

Açar sözlər: nekrotik enterokolit, müalicə, reabilitasiya, erkən yaşlı uşaqlar, letallıq, yayılma


Sabina Jafarova

Azerbaijan Medical University

Doctor of Philosophy in Medicine

doktorsabina72@mail.ru

Sevinj Ismayilova

Azerbaijan Medical University

Doctor of Philosophy in Medicine

ismayilova.sevinc1982@gmail.com

Nurana Huseynova

Azerbaijan Medical University

doktor_tagiyeva@rambler.ru




 

Characteristics of Treatment Tactics and Rehabilitation During Necrotic 

Enterocolitis in Children


Abstract

The article provides brief information on the characteristics of treatment tactics and rehabilitation during necrotic enterocolitis (NEC) in children, and shares the successes and experience gained in the study of this problem in recent years. The relevance of NEC is determined by the fact that the mortality among operated newborns is high, ranging from 18 % to 40 %, and reaches 95-100 % in the case of intestinal necrosis. Determining criteria for surgical treatment is one of the most complex issues. Practically all surgeons agree that intestinal perforation and necrosis are indications for surgery. Under ideal conditions, the operation can be performed only after the precise delimitation of the necrotic zones, but before the development of perforation. However, the diagnosis of the intestine before the development of perforation is very complicated. The choice of treatment tactics during NEC depends on the severity of the child's condition and the stage of the process. Interest in examinations conducted to investigate the problem of necrotic enterocolitis does not weaken. Studying the pathogenesis of this disease, searching for new diagnostic criteria, and developing preventive measures for patients at risk of developing necrotic enterocolitis are among the most urgent issues.

Keywords: necrotic enterocolitis, treatment, rehabilitation, early-aged children, lethality, prevalence 


Baxış: 143