Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

https://doi.org/10.36719/2663-4619/107/39-43

Məlahət Bağırova 

Azərbaycan Tibb Universiteti

bmelahet@gmail.com

Şəmsa Rəşidova

Azərbaycan Tibb Universiteti

tibb üzrə fəlsəfə doktoru

srashidova@yahoo.com

Könül Cəfərova 

Azərbaycan Tibb Universiteti

tibb üzrə fəlsəfə doktoru

infeksiyakonul@gmail.com

Rəna Nəzərova 

Azərbaycan Tibb Universiteti

shah241962@yahoo.com

 Nurican Sert 

Azərbaycan Tibb Universiteti 

ncssert@gmail.com


Müasir dövrdə uşaqlarda skarlatinanın gedişinin kliniki-epidemioloji xüsusiyyətləri və müalicəsi


Xülasə

Məqalədə hazırkı dövrdə uşaqlar arasında baş verən epidemik sıçrayış xarakterini alan, bir çox fəsadlara səbəb olan skarlatinanın kliniki-epidemioloji xüsusiyyətləri, müalicəsi haqqında məlumatlar verilmiş və bu xəstəliyin öyrənilməsi üzrə əldə edilən təcrübə paylaşılmışdır.

Skarlatina pediatrik təcrübədə yaxşı məlum olan uşaq infeksiyalarından biri olub, hal-hazırda geniş yayılmışdır. Xəstəliyin törədicisi olan streptokokk infeksiyası dünyanın bütün ölkələrində səhiyyənin daha kəskin problemləridən biri hesab olunur və dövlətə ağır sosial-iqtisadi zərbə vurur. Birinci növbədə uşaqları və yeniyetmələri zədələyir.

Son onillikdə skarlatina ağır olmayan infeksiya kimi təzahür etsə də, ciddi ağırlaşmalar, hətta letal nəticələrin baş vermə riskini itirmir. Hospitalizasiya olunan uşaqlar arasında xəstəliyin ağır formaları çox rast gəlməsə də, skarlatinanın qeyri-hamar gedişinin faizi yüksək olaraq qalır.

İndiki dövrə kimi məktəbəqədər uşaq müəssisələrində skarlatina ocaqlığını saxlayır. 

BST-nin verdiyi məlumata görə, bütün dünyada 2020-ci ildə 600 mindən çox skarlatina ilə xəstələnmə hadisəsi qeydə alınıb. 2022-2023-cü illərdə Avropa və ABŞ-də skarlatinanın baş verən sıçrayışları, ondan baş verən ölüm halları bu infeksiyaya diqqəti artırıb.

Açar sözlər: skarlatina, epidemik sıçrayış, epidemioloji-kliniki xüsusiyyətlər, ağırlaşmalar, səpgi, lakunar angina


Malahat Baghirova

Azerbaijan Medical University 

bmelahet@gmail.com

Shamsa Rashidova 

Azerbaijan Medical University

Doctor of Philosophy in Medicine

srashidova@yahoo.com

                                                                                              Konul Jafarova 

Azerbaijan Medical University

Doctor of Philosophy in Medicine 

infeksiyakonul@gmailcom 

Rena Nazarova 

Azerbaijan Medical University

shah241962@yahoo.com

Nurijan Sert

Azerbaijan Medical University

ncssert@gmail.com


Clinical and Epidemiological Characteristics and Treatment of Scarlet 

Fever in Children in Modern Times


Abstract

The article provides information about the clinical and epidemiological characteristics and treatment of scarlet fever, which is an epidemic outbreak among children and causes many complications, and also presents the experience gained in the study of this disease.

Scarlet fever is one of the childhood infections known in pediatric practice, which is currently widespread. Streotococcal infection, the causative agent of the disease, is considered one of the most pressing health problems in all countries of the world and has a severe socio-economic impact on the state. This primarily harms children and adolescents.

Although scarlet fever has emerged in the last decade as a mild infection, it does not lose the risk of serious complications and even fatal consequences. Although severe forms of the disease are uncommon among hospitalized children, the incidence of uneven scarlet fever remains high.

At the moment, scarlet fever persists in preschool institutions

According to İnternational Health Orqanization, more than 600 thousand cases of scarlet fever were recorded worldwide in 2020. In 2022-2023, outbreaks of scarlet fever in Europe and the United States, as well as mortality from it, increased attention to this infection.

Keywords: scarlatina, scarlet fever, epidemic outbreak, epidemiological-clinical, characteristics, complications, rash, lacunar tonsillitis


Baxış: 296