https://doi.org/10.36719/2706-6185/40/75-78

Ülkər Əliyeva

Bakı Biznes Universiteti

magistrant

ulkermirzoyeva87@gmail.com


Şirkətlərin xarici iqtisadi fəaliyyətinin təhlili və audit qiymətləndirilməsi


Xülasə

Şirkətlərin xarici iqtisadi fəaliyyətinin təhlili və audit qiymətləndirilməsi, müəssisələrin bey­nəlxalq bazarda fəaliyyət göstərməsi ilə əlaqədar maliyyə və əməliyyat risklərini idarə etməyə kömək edən vacib prosesdir. Bunun üçün öncə xarici iqtisadi fəaliyyət ətraflı təhlil olunmalı, audit üçün ətraflı məlumatlar toplusu hazırlanmalı, daha sonra audit qiymətləndirilməsi aparılmalıdır. İqtisadiyyatın globalizasiya olunduğu bir dövrdə, şirkətlər beynəlxalq bazarlarda fəaliyyət göstərir və bu, onları müxtəlif maliyyə, siyasi və idarəetmə riskləri ilə üzləşməyə məcbur edir. Elə bu səbəbdən, xarici iqtisadi fəaliyyətin təhlili və audit prosesləri şirkətlər üçün çox əhəmiyyətlidir. İqtisadi fəaliyyətin regional və beynəlxalq bazarlarda genişlənməsi, maliyyə göstəricilərinin dəyiş­məsi, valyuta riski və məzənnələrinin dəyişkənliyi kimi faktorlar, şirkətlər üçün təhlil və audit proseslərinin vacibliyini artırır. Bu proseslər, şirkətin fəaliyyətində potensial riskləri idarə etmək və effektivləşdirmək üçün əhəmiyyətli bir alətdir.

Açar sözlər: xarici iqtisadi fəaliyyət, beynəlxalq bazarlar, maliyyə göstəriciləri, risklərin idarə edilməsi, audit qiymətləndirilməsi 


Ulkar Aliyeva

Baku Business University

Master student

ulkermirzoyeva87@gmail.com 


Analysis and Audit Assessment of Foreign Economic Activity of Companies


Abstract

The analysis and audit assessment of the company's foreign economic activity is an important process that helps to manage the financial and operational risks associated with the organization's activities in the international market. For this, first of all, the foreign economic activity should be analyzed in detail, a set of detailed data should be prepared for the audit, and then an audit assessment should be carried out. In an era of economic globalization, companies operate in international markets, which compels them to face various financial, political, and management risks. For this reason, the analysis and audit processes of foreign economic activities are very important for companies. The expansion of economic activities in regional and international markets, changes in financial indicators, currency risk, and exchange rate volatility increase the importance of analysis and audit processes for companies. These processes are significant tools for managing potential risks and improving the efficiency of company operations. 

Keywords: foreign economic activity, international markets, financial indicators, risk management, audit assessment


Baxış: 80