https://doi.org/10.36719/2706-6185/41/26-30

Şəlalə Mahmudova 

Azərbaycan Dövlət Pedaqoji Universiteti
 filologiya üzrə fəlsəfə doktoru

shalale.makhmudova@mail.ru 


Müasir Azərbaycan uşaq ədəbiyyatında hekayə janrı


Xülasə

Müasir uşaq yazarları oxucuların təbiətlə, ətraf aləmlə, əşya və predmetlərlə bağlı bilgilərini artırmaq məqsədilə hekayə janrının imkanlarından daha çox istifadə edirlər. Hekayə janrı, xüsusən kiçik məktəbyaşlı uşaqların oxusu üçün ən münasib janrdır. Bildiyimiz kimi, yüksək ideyalar aşılayan uşaq əsərləri yeni nəslin təlim-tərbiyəsində mühüm rol oynayır. Hekayə janrının yığcam süjet xəttinə malik olması onun aşağı siniflərdə tədrisinə əlverişli şərait yaradır. Bu janr kiçik həcmli olmaqla yanaşı, həm də tərbiyəvi əhəmiyyət daşıyır. Bu baxımdan, bu əsərlərin yazılmasına üstünlük verilmiş və bu gün də yazılmaqdadır.

Məqalədə 90-cı illərdən bu yana yazılan hekayələrin bir qisminə diqqət yetirilmişdir. Qeyd olunmuşdur ki, müasir mərhələdə Zahid Xəlil, Qəşəm İsabəyli, Rafiq Yusifoğlu kimi qocaman sənətkarlarla yanaşı orta nəslin nümayəndələrindən Gülzar İbrahimova, Reyhan Yusifqızı, Sevinc Nuruqızı müxtəlif yaş qruplarında olan uşaqlar üçün hekayələr yazır, uşaq ədəbiyyatının inkişafına xidmət göstərirlər. 

Bu mərhələdə yazılmış hekayələrdə, əsasən, 2 mövzuya toxunulmuşdur. Bunlardan birincisi  ənənəvi olan dostluq, xeyirxahlıq, humanizm, mərhəmət, əməyə çağırış və s. əxlaqi motivlərdir. İkincisi isə  müstəqillik illərində Azərbaycanda baş verən tarixi hadisələr  Qərbi Azərbaycandan, Qarabağdan didərgin düşmüş soydaşlarımızın acı taleyi, 20 Yanvar və Xocalı faciəsi, şəhidlər mövzusu təşkil edir. 

Açar sözlər: hekayə, süjet, obraz, mövzu, ideya, mənəvi dəyərlər


Shalala Mahmudova 

Azerbaijan State Pedagogical University 

Doctor of Philosophy in Philology 

shalale.makhmudova@mail.ru


The Short Story Genre in Azerbaijani Modern Children's Literature


Abstract

Modern children's writers increasingly use the short story genre to enhance readers' knowledge about nature, the environment, objects, and items. The short story genre is particularly well-suited for young school-aged children. As we know, children's literature that conveys important ideas plays a significant role in the education and upbringing of the new generation. The compact plot structure of short stories makes them ideal for teaching in lower grades. Despite being brief, this genre also carries educational value. For this reason, such works have been favored in writing and continue to be produced today.

The article focuses on some of the short stories written since the 1990s. It is noted that, in the modern era, alongside veteran writers like Zahid Khalil, Gashem Isabeyli, and Rafiq Yusifoglu, representatives of the middle generation such as Gulzar Ibrahimova, Reyhan Yusifgizi, and Sevinj Nurugizi also write stories for children of various age groups, contributing to the development of children's literature.

In the stories written during this period, two main themes are primarily addressed. The first includes traditional moral motifs such as friendship, kindness, humanism, compassion, and the call to hard work. The second theme focuses on the historical events that occurred in Azerbaijan during 


 

the years of independence, including the tragic fate of our compatriots displaced from Western Azerbaijan and Karabakh, as well as topics like the January 20 events, the Khojaly massacre, and the stories of martyrs.

Keywords: short story, plot, character, theme, idea, moral values 


Baxış: 43