https://doi.org/10.36719/2789-6919/39/25-31

Təranə Nağıyeva

Azərbaycan Dövlət Pedaqoji Universiteti 

filologiya üzrə fəlsəfə doktoru

terane.nagiyeva.79@mail.ru

https://orcid.org/0000-0002-5322-2446


Uşaq nitqinin sintaksisi


Xülasə

Məqalədə dil sistemində sintaksisin təşəkkülü, inkişafı və formalaşması prosesi uşaq nitqinin yaranması və inkişafı qanunauyğunluqları fonunda tədqiq olunur. Müşahidələr göstərir ki, ilk üç ayda körpə öz hiss-həyəcanlarını, tələb və ehtiyaclarını yalnız ağlamaq, qışqırmaq, çığırmaqla ifadə edir. Bu prosesin nəticəsi olaraq zümzümə, qığıltı və nitq səslərinin ilkin formaları 3-9 ayda ya­ranmış olur. Sözlərin, söz hecalarının, təqlidi səslərinin təşəkkülü və fəal istifadəsi 9-12 aylıqda baş verir (ma, pa, ba və s. bu tipli sözcüklərin uşaq tərəfindən tələffüzü və ünsiyyət vasitəsi kimi isti­fadəsi). Yaşyarımlıqda uşağın söz ehtiyatı təxminən 50 söz əhatəsində olur. 2 yaşda söz ehtiyatı artaraq 200-300 sözü əhatə edir. Məhz həmin dövrdən başlayaraq uşaq nitqində ayrı-ayrı sözlər, söz birləşmələri, cümlə konstruksiyaları və məhdud sözlərdən ibarət sadə cümlələr işlənməyə başlayır. Uşaq nitqinin yaranması, inkişafı və formalaşması prosesinin öyrənilməsi, sintaktik konstruk­siyaların yaranma mexanizmini aydınlaşdırmaq baxımından uşaq nitqinin hərtərəfli tədqiqinin böyük əhəmiyyəti vardır. Bütövlükdə dilin və onun müxtəlif səviyyələrinin, xüsusilə qrammatik strukturunun  tədqiqi və dərki baxımından uşaq nitqinin öyrənilməsi olduqca vacibdir. Sintaktik strukturun təkamülü prosesinin özəllikləri də bu baxımdan özünün linqvistik, məntiqi-fəlsəfi izahını tapmış olar. 

Açar sözlər: uşaq nitqinin sinaksisi, uşaq nitqinin inkişafı, ilkin mərhələ, sintaktik formalaşma, sintaktik inkişaf 


Tarana Naghiyeva

Azerbaijan State Pedagogical University

Ph.D. in Philology

terane.nagiyeva.79@mail.ru

https://orcid.org/0000-0002-5322-2446


Syntax Of Childrenʼs Speech


Abstract

In the article, the process of organization, development and formation of syntax in the language system is studied against the background of the regularities of the formation and development of children's speech. Observations show that in the first three months, the baby expresses its emotions, demands and needs only by crying, shouting, screaming. As a result of this process, the initial forms of humming, gurgling and speech sounds are formed in 3-9 months. The formation and active use of words, syllables, imitative sounds occurs in 9-12 months of age (pronunciation of such words as ma, pa, ba, etc. by the child and used as a means of communication). At the age of one and a half, the child's vocabulary is around 50 words. At the age of 2, the vocabulary expands and covers 200-300 words. Starting from that period, children begin to use individual words, word combinations, sentence constructions and simple sentences consisting of limited words. In terms of studying the process of creation, development and formation of children's speech, clarifying the mechanism of formation of syntactic constructions, comprehensive research of children's speech is of great importance. Peculiarities of the syntactic structure evolution process can find its linguistic, logical-philosophical explanation from this point of view.

Keywords: syntax of children’s speech, development of children’s speech, primary stage, syntactic formation, syntactic development

Baxış: 40