https://doi.org/10.36719/2789-6919/39/40-44
Cavid Abdullayev
Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutu
doktorant
javidnarimansoy@gmail.com
https://orcid.org/0009-0006-9362-0170
Xidmət sektorunun inkişafı üçün innovativ təşviq mexanizmlərinin tətbiq perspektivləri
Xülasə
Xidmət sektorunun inkişafını stimullaşdırmaq üçün tətbiq olunan müasir təşviq mexanizmləri, beynəlxalq və milli təcrübələrin təhlili nəticəsində müxtəlif strateji yanaşmaların və onların effektivliyinin qiymətləndirilməsi üçün nəzərə alınmışdır. Beynəlxalq təcrübədə vergi güzəştləri, rəqəmsallaşma təşəbbüsləri, innovasiya mərkəzləri və dövlət-özəl sektor tərəfdaşlığı kimi tədbirlər xidmət sahələrində məhsuldarlığı artırmaq və bazar genişləndirilməsinə şərait yaratmaq baxımından əhəmiyyətli təsir göstərmişdir. Azərbaycanda xidmət sektorunun inkişafında ASAN xidmət modeli və elektron hökumət portalının yaradılması, vətəndaşların ehtiyaclarına cavab verən daha şəffaf və əlçatan xidmətlərin təqdim olunmasını təmin etmişdir. İnsan kapitalının inkişafı istiqamətində beynəlxalq təcrübənin öyrənilməsi və onun yerli şəraitə uyğunlaşdırılması xidmət keyfiyyətinin yüksəldilməsi baxımından vacibdir. Rəqəmsal texnologiyaların tətbiqi ilə bağlı beynəlxalq təcrübədə əldə edilən nailiyyətlərdən istifadə olunması, xidmət sahələrinin rəqabət qabiliyyətini artırmaq üçün mühüm imkanlar yaradır. Dövlət-özəl sektor tərəfdaşlığı modeli isə xidmət sahələrində infrastrukturun inkişafını və resurslardan səmərəli istifadənin təmin olunmasını mümkün edir. Bu istiqamətdə beynəlxalq təcrübələrin öyrənilməsi və Azərbaycan şəraitinə uyğun tətbiqi, xidmət sektorunun dayanıqlı inkişafını təmin etmək üçün əsas vasitədir.
Açar sözlər: xidmət sektoru, beynəlxalq təcrübə, rəqəmsallaşma, dövlət-özəl tərəfdaşlıq, insan kapitalı, təşviq mexanizmləri
Javid Abdullayev
Institute of Economics of the Ministry of Science and Education
Doctoral student
javidnarimansoy@gmail.com
https://orcid.org/0009-0006-9362-0170
Prospects for Implementıng Innovatıve Incentıve Mechanisms in the Development of the Service Sector
Abstract
The application of modern incentive mechanisms to stimulate the development of the service sector has been analyzed through a comparative evaluation of international and national practices, leading to strategic insights into their effectiveness. Internationally, measures such as tax incentives, digitalization initiatives, innovation hubs, and public-private partnerships have proven significant in enhancing productivity and expanding market potential within service industries. In Azerbaijan, the development of the ASAN service model and the creation of an e-government portal have facilitated the delivery of more transparent and accessible services meeting citizens' needs. The study of international practices in human capital development and their adaptation to local conditions are critical for improving service quality. The application of digital technologies observed in global experiences offers essential opportunities to enhance the competitive edge of service sectors. The public-private partnership model supports infrastructure improvement and the efficient use of resources within service industries. Adapting international best practices to Azerbaijan's specific conditions emerges as a pivotal approach for ensuring the sustainable growth of the service sector.
Keywords: service sector, international practices, digitalization, public-private partnership, human capital, incentive mechanisms