https://doi.org/10.36719/2789-6919/39/45-48

Siddiqə Hacıyeva

Naxçıvan Dövlət Universiteti

siddiqehacıyeva@ndu.edu.az

https://orcid.org/0009-0000-7760-1005


Rənglərin ahəngdarlığı


Xülasə

Məqalədə  doğma Azərbaycanı gəzərək hər bir bölgəsindən ilham  alan  Cəlil Hüseynovun mən­zərə əsərlərində əsasən məkan-mühitinin xarakterik xüsusiyyətinin açıqlanmasına diqqət yetiril­mişdir. Onun əsərlərindəki özünəməxsusluq, məkan mühitinin lirik tərənnümü, rənglərin sakit, təmkinli keçidi bu yaradıcılığı səciyyələndirən əsas xüsusiyyətlərdir. Rəssam hər bir məkanın təsvi­rində ona məxsus xarakterini açacaq bədii ifadə vasitələrindən məharətlə istifadə edərək məkan obrazlılığına böyük ustalıqla nail olmuşdur.  

Təbiət tərənnümünə həsr edilmiş mənzərə əsərlərində xüsusi ritm və axıcılığın əldə edildiyi, rəng münasibətlərində bir-birinə uyğun çalarların axtarıb tapıldığı həmin əsərlər yüksək bədii də­yərə malikdir. Rəssamın hər bir əsərində çalarlarda nizamlı bir ritm və vəhdət özünü göstər­məkdədir. Yüksək səviyyədə rəng duyumu, əsərlərinin təzadlı rənglərlə ümumi bir ahəng içində tamamlanması daim tamaşaçıları heyrətləndirirdi. İncə zövqlə düşünülmüş, qeyri-adi gözəllik anla­yışını tam mənası ilə tamaşaçıya çatdırmaq böyük ustalıq tələb edir. Bu ustalıq Cəlil Hüseynovun  yaradıcılığında dəfələrlə özünü təsdiq etmişdir.

“Ağaclar”, “Balıqçı evi”,  “Axşam”, “Məscid”, “Damlar”, “Kənd motivi”, “Köhnə sovetski” və s. kimi  müxtəlif mənzərələrə həsr edilmiş əsərlərində əsas səciyyəvilik gözlə görünənin olduğu kimi materiala köçürülməsi prosesindən çox fərqli olaraq təbiətin rəng həssaslığını önə çıxardan tonallığın verilməsində klassik rəngkarlıq prinsiplərinə daxil olan nüansların da şahidi oluruq. Rəssamın kompozisiyaları elementlərin öz aralarında qarşılıqlı əlaqəsi, onların tarazlığı, kontur­larının dinamikası, ritmik siluetlər üzərində qurulmaqla yanaşı, əsərdə rəng həllinə, onun mövcud rəng uyumuna xüsusi prinsipiallıq göstərilməsi də danılmaz faktdır. Bir çox halda rəssam rəng balansını ya birbaşa simmetriya və yaxud da çarpaz simmetriya adlandırıla biləcək sistem əsasında həyata keçirir. 

Rəssamın qeyd edilən əsərində məhz neotomist fəlsəfi yanaşmanın təsirləri olaraq təbiətə “ilahi ideyaların tətbiqi” kimi həssaslıqla yanaşması özünü aydın şəkildə büruzə verir. Təbiətdən alınma rənglərin uyğun ifadədə təqdim edilməsi həmin ideyanın material üzərindəki iddialı təsdiqidir. 

Açar sözlərmənzərə, kolorit, dinamika, məkan, forma, janr, ifadə tərzi, tərənnüm


Siddiga Hajiyeva

Nakhchivan State University

siddiqehacıyeva@ndu.edu.az

https://orcid.org/0009-0000-7760-1005


Harmony of Colors


Abstract

In the article, Jalil Huseynov, who traveled around his native Azerbaijan and got inspiration from every region, mainly paid attention to the disclosure of the characteristic feature of the space-environment in his landscape works. The originality of his works, the lyrical singing of the spatial environment, and the quiet, restrained transition of colors are the main features that characterize this creativity. The artist skillfully used the means of artistic expression that will reveal its own character in the description of each place and achieved spatial imagery with great mastery. He draws attention to the high artistic value of those works in which a special rhythm and fluidity are achieved in the landscape works dedicated to the celebration of space and in which shades compatible with each other are found in color relations. In every work of the artist, an orderly rhythm and unity of shades are shown. His high level of color perception, his works were completed in a general harmony with contrasting colors, constantly amazed the audience. It takes great skill to convey the concept of extraordinary beauty to the viewer with its full meaning, thought out with fine taste. This mastery has proven itself many times in Jalil Huseynov's work. The main characteristic of his works is their dedication to various landscapes, such as "Trees," "Fisherman's House," "Evening," "Mosque," "Roofs," "Village Motif," "Old Sovetiski," etc. We also witness the nuances included in the principles of classical painting in providing the tone that highlights the color sensitivity of nature. The artist's compositions are based on the interaction of elements, their balance, the dynamics of contours, and rhythmic silhouettes, and it is an undeniable fact that special emphasis is placed on the color solution and its existing color harmony in the work. In many cases, the artist implements color balance based on a system that can be called either direct symmetry or cross symmetry.

The artist's sensitive approach to nature as "the application of divine ideas" is clearly manifested in the mentioned work, precisely as the effects of the neo-Thomist philosophical approach. Presenting the colors taken from nature in a suitable expression is an ambitious confirmation of that idea on the material.

Keywords: landscape, color, dynamics, space, form, genre, style of expression, singing

Baxış: 45