Arxiv
Elmi iş - 2024
Müəllif: Sevinc Ağadin qızı Bağırova
Açar sözlər: A.S.Puşkin, “Peygəmbər” şeiri, Şərq motivləri, islam motivləri, Şərq-Qərb
Key words: AS Pushkin, “The Prophet” Poetry, Oriental Motives, Islamic Motives, East-West
Ключевые слова: А.С.Пушкин, стихотворение «Пророк», восточные мотивы, исламские мотивы, Восток-Запад
Açar sözlər: A.S.Puşkin, “Peygəmbər” şeiri, Şərq motivləri, islam motivləri, Şərq-Qərb
Key words: AS Pushkin, “The Prophet” Poetry, Oriental Motives, Islamic Motives, East-West
Ключевые слова: А.С.Пушкин, стихотворение «Пророк», восточные мотивы, исламские мотивы, Восток-Запад
Rus romantik oriyentalizminin nümunələri rus ədəbiyyatın klassik prinsiplərini qorumaqla Şərq-Qərb mental sistemlərinin sintezini ifadə edir. Şərq motivləri ilə aşılanmış belə mətnlərin təhlili, bir tərəfdən, rus oriyental romantizminin səciyyəvi tipoloji xüsusiyyətlərini, digər tərəfdən isə müsəlman mentallığının bütövlükdə rus ədəbiyyatına təsirini öyrənməyə imkan verir. Rus oriyental romantizminin ən dəyərli nümunələri, fikrimizcə, “Şərq-Qərb sintezi”nin ən parlaq nümunələridir. Bu isə, yalnız iki poetik ənənənin çulğaşmasını deyil, həm də mahiyyətcə qovuşnasını ehtiva edir. Tədqiqatçı Y.M.Vereşaginanın fikrincə, bu hadisə “müəyyən milli mədəniyyətdə yetişmiş insanın digər mədəniyyətin fakt, dəyər və normalarının bir hissəsini əxz etməsindən” ibarətdir. [1, s.11]. Lakin, Şərq-Qərb sintezi iki mədəni-mənəvi ənənənin eyniləşməsi anlamına da gəlmir. Yəqin ki, bu A.S.Puşkin, M.Y.Lermontov, N.Qumilyov, İ.Bunin və digər müəlliflərin oriyental əsərlərində fərqli ideyaların və rəmzlərin bir mətndə birləşməsindən söhbət gedə bilər. Tədqiqatçı Y.E.Proxorova bu tipli əsərlərin təhlili üçün, fikrimizcə, dəyərli ola biləcək çoxpilləli modeli müzakirəyə təqdim edir. O, hesab edir ki, rus romantik şairləri ilkin olaraq Şərq fəlsəfəsinə aid kodları qavrayıblar. Növbəti mərhələ isə bilavasitə Şərq fonuna dalmaqdır. Üçüncü mərhələdə Şərq aləmi ilə yaxından tanışlıq baş verir. Bu, müsəlman mühitini obrazlı şəkildə canlandırmaq, milli ənənə və inanclarla assosiativ əlaqələrdir. Nəhayət, bu üç faza sonuncu mərhələdə “iki mədəniyyət və müvafiq olaraq fərqli mental sistemlərin qarşılıqlı təsirinə yol açır” [2, s.106]. Eyni zamanda, tədqiqatçı birinci, “təmas” fazasında mədəni stereotiplərin tutuşdurulmasından, ədəbi tənqiddə Şərq mədəni reallıqlarının bir qədər sxematik istifadəsinin vurğulanmasından çıxış edir. İkinci mərhələdə müəllif müsəlman mədəniyyətinin əsaslarına yiyələnməyə çalışır. Lakin, bu mərhələdə bilikləri səthi və bəzi hallarda primitiv olur. Eləcə də müəllifin mövzusuna uyğun birtərəflilik də izlənir. Üçüncü, əsas və həlledici mərhələdə romantik ədib müsəlman mədəniyyətinin və islam dininin, Quran mətninin mahiyyətinə dalır. Bu mərhələdə artıq müəllif yeni dəyərlər məcmusunu və rəmzlərin anlamını dərk etməyə başlayır. Nəhayət, sonuncu mərhələdə “qarşılıqlı təsir” baş verir və yeni dəyərlər məcmusunun daxilən əxz olunması və mənimsənilməsi baş verir (F.M.Dostoyevskinin Puşkin haqqında “bu müsəlman deyilmi?” sualını xatırlayaq). Müəlliflər əsərlərində sanki doğma mühitini, özünün də daxil olduğu ortaq mənəvi aləmi təsvir və tərənnüm edir.
Baxış: 950