DOI: https://doi.org/10.36719/2663-4619/95/32-36
Mələkxanım Rəhimova
Bakı Dövlət Universiteti
doktorant
UOT: 342, 727
HEYDƏR ƏLİYEV ÖLKƏDƏ SOSİAL SİYASƏTİN YARADICISI KİMİ
Xülasə
Azərbaycan Respublikası qanunvericilik sisteminin əsasını təşkil edən Konstitusiyada dövlətin ali məqsədi kimi vətəndaşların layiqli həyat səviyyəsinin təmin olunması qeyd edilmişdir. Müasir dövrdə bu məqsədlə ölkədə həyata keçirilən sosial yönümlü prossesin əsası məhz Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Məqalədə əhalinin həssas təbəqəsinin sosial müdafiəsinin təmin edilməsi məqsədi ilə Heydər Əliyevin hakimiyyəti illərində qəbul olunmuş milli normativ-hüquqi bazanın formalaşdırılması məsələləri araşdırılmış, islahatların həyata keçirilməsi, xarici dövlətlərlə münasibətlərin qurulması, ölkədə sosial siyasətin tətbiq olunması ətraflı şərh olunmuşdur.
Açar sözlər: sosial hüquqlar, ümummilli lider, sosial siyasət, sosial təminat, sosial müdafiə, normativ-hüquqi akt, layiqli həyat hüququ, referendum, sosial yönümlü proqram
Malakkhanim Rahimova
Baku State University
PhD student
UOT: 342, 727
Heydar Aliyev as the creator of social policy in the country
Abstract
In the Constitution, which forms the basis of the legislative system of the Republic of Azerbaijan, the highest goal of the state is to ensure a decent standard of living for citizens. To this end, the foundation of the socially oriented process carried out in the country in modern times was laid by the Great Leader Heydar Aliyev. In the article, in order to ensure the social protection of the vulnerable population, the issues of the formation of the national legal framework adopted during the years of Heydar Aliyev's rule, the implementation of reforms, the establishment of relations with foreign countries, and the implementation of social policy in the country were explained in detail.
Keywords: social rights, nationwide leader, social policy, social security, social protection, legal act, right to decent life, referendum, socially oriented program