Arxiv
Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Xatirə Novruz qızı Xələfli
Azərbaycan Tibb Universiteti
tibb üzrə fəlsəfə doktoru
khalafli@mail.ru

MÜASİR ŞƏRAİTDƏ PARAZİTAR XƏSTƏLİKLƏR ÜZƏRİNDƏ
 APARILAN EPİDEMİOLOJİ NƏZARƏT
Xülasə
Həyata keçirilən müayinələrin sayəsində müasir mərhələdə nematodozların klinik-mikrobioloji xüsusiyyətləri və markerləri aşkar edilmişdir ki, onlar da gizli və ya çətin aşkar edilən helmintozların diaqnostikasına kömək edə bilərlər. Alınmış məlumatların təhlili zamanı aşkar edilmişdir ki, xəstəliyin gedişi iltihabəleyhinə sitokinlərin səviyyəsinin xeyli yüksəlməsi ilə müşayiət olunmuşdur. Bütün iltihabəleyhinə sitokinlərin miqdarı kontrol qrupla müqayisədə yüksək olmuşdur (p<0,05). 91,8±5,3% xəstələrdə intoksikasiya sindromu, 72,8±4,6% xəstələrdə mədə-bağırsaq yolunun disfunksiyası sindromu müşahidə edilmişdir. İltihabəleyhinə sitokinlərin dinamikasının klinik əlamətlər arasında sıx korrelyasiya əlaqəsini aşkar etmişik: intoksikasiya sindromu və İL-1 (r=0,76); intoksikasiya sindromu və İL-6 (r=0,68). Müalicənin nəticələrindən asılı olaraq iltihabəleyhinə sitokinlərin dinamikasının müayinəsi aparılmış dehelmintizasiyanın effektivliyinin əlavə meyarı kimi xidmət edə bilər. Həyata keçirilən müayinələr aşağıdakı nəticələri əldə etməyə imkan verir: yoğun bağırsağın mikroflorasının vəziyyətinin, iltihabəleyhinə sitokinlərin göstəricilərinin dinamikasının müayinəsi bu xəstələrdə askaridozun bağırsaq mərhələsinin dehelmintizasiyasının effektivliyinin qiymətləndirilməsinin əlavə meyarı kimi xidmət edə bilər.
Açar sözlər: bağırsaq parazitar xəstəlikləri, insan parazitozları, qurd invaziyaları, diaqnostika, kriteriyalar, proqnoz, epidemioloji aspektlər, risk amilləri, epidemioloji nəzarət

Khatira Novruz Khalafli

Epidemiological control of parasitic diseases in modern conditions
Abstract
Clinical-microbiological characteristics and markers of nematodes at the modern stage have been revealed thanks to the conducted examinations, which can help in the diagnosis of hidden or difficult to detect helminthosis. During the analysis of the received data, it was found that the course of the disease was accompanied by a significant increase in the level of anti-inflammatory cytokines. The amount of all anti-inflammatory cytokines was higher compared to the control group (p<0.05). Intoxication syndrome was observed in 91.8±5.3% of patients, gastrointestinal dysfunction syndrome in 72.8±4.6% of patients. We found a close correlation between the dynamics of anti-inflammatory cytokines and clinical signs: intoxication syndrome and IL-1 (r=0.76); intoxication syndrome and IL-6 (r=0.68). Depending on the results of the treatment, the examination of the dynamics of anti-inflammatory cytokines can serve as an additional measure of the effectiveness of the performed deworming. The performed examinations allow obtaining the following results: the examination of the state of the colonic microflora, the dynamics of indicators of anti-inflammatory cytokines can serve as an additional criterion for evaluating the effectiveness of the deworming of the intestinal stage of ascariasis in these patients.
Keywords: intestinal parasitic diseases, human parasitosis, worm infestations, diagnosis, criteria, prognosis, epidemiological aspects, risk factors, epidemiological control




Baxış: 447