Arxiv
Təbiət və elm 2024 Təbiət və elm 2023 Təbiət və elm 2022 Təbiət və elm 2021 Təbiət və elm 2020 Təbiət və elm 2019

DOI: https://doi.org/10.36719/2707-1146/40/18-23

Elşad Qurbanov 

Bakı Dövlət Universiteti

biologiya elmləri doktoru

prof.elshad_g@rambler.ru

Sənubər Aslanova 

Azərbaycan Dövlət Pedoqoji Universiteti

biologiya üzrə fəlsəfə doktoru

aslanova17.02@mail.ru

Şahin İbrahimov

Bakı Dövlət Universiteti

doktorant

shahin.ibrahimov@socar.az


ŞİRVAN RAYONUNUN NEFTLƏ ÇİRKLƏNMİŞ TORPAQLARINDA RAST GƏLİNƏN YARIMSƏHRA BİTKİLİYİNİN FİTOEKOLOJİ XARAKTERİSTİKASI


Xülasə

Əhalinin sağlamlığının,  ərzaq təhlükəsizliyinin təmin olunmasında ətraf mühitin,  ekologiyanın çox mühüm rolu nəzərə alınaraq ekoloji tarazlığın qorunması yönündə ölkəmizdə ardıcıl və səmərəli dövlət siyasəti həyata keçirilir. Ətraf mühitin çirklənməsinin minimuma endirilməsi, ekoloji vəziyyətin yaxşılaşdırılması və mühafizəsi dövlətimizin bu yöndə siyasətinin əsas istiqamətlərindəndir. Müasir dövrdə neft məhsulları çıxarıldıqda antropogen və texnogen təsirlərdən torpaqlar deqradasiya prosesinə məruz qalır və floramızda olan bəzi növlər sıxışdırılır. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Şirvan Neft" Neft-Qaz çıxarma İdarəsi (NQÇİ) Pirallahı neft mədənində Xam neftlə, mazutla və laysuları ilə çirklənmiş torpaqlarında ilk dəfə tərəfimizdən aparılmış fitoekoloji, yaxud ekoloji-geobotaniki tədqiqatlarda əsasən çirklənmiş bitki örtüyünün növ tərkibi və quruluşunun  öyrənilməsi aktuallığa malikdir. 

Müasir dövrdə ölkəmizdə neftlə çirklənmiş torpaqlarda fitoekoloji tədqiqatlar və araşdırmaların aparılması ən aktual ekoloji problemlərdəndir. Odur ki, Şirvan rayonu ərazisindəki “Şirvan Neft”in mədənlərində torpaq kəsimləri götürülərkən, çirklənmiş ərazilərdə fitosenozların növ tərkibi müəyyənləşdirilmişdir. Aparılan elmi-tədqiqat işlərində seçilmiş nümunə və sahələrdə (neft quyularının ətrafında) yayılan yarımsəhra tipli formasiyaların növ tərkibi və quruluşu öyrənilmişdir. Ərazidə rast gəlinən təmiz və mazuta (neft məhsulları ilə) bulaşmış bitkilər herbariləşdirilmiş, növlərin adı dəqiqləşdirilmişdir. Aparılan fitoekoloji tədqiqatların nəticələri “Bitki örtüyünün təsnifatı”nda istifadə edilmişdir. Belə ki, “Şirvan Neft”in neftlə çirklənmiş torpaqlarında qeydə alınmış yarımsəhra bitkiliyi 1 formasiya qrupuna aid 1 assosiyasiyada təsnif olunmuşdur.

Açar sözlər: fitosenoz, assosiasiya, formasiya qrupu, mezokserofit, fitotoksik


Elshad Gurbanov 

Baku State University

doctorate of biological sciences

prof.elshad_g@rambler.ru

Sanubar Aslanova

Azerbaijan State Pedagogical University

PhD in biology

aslanova17.02@mail.ru

Shahin Ibrahimov

Baku State University

PhD student

shahin.ibrahimov@socar.az


Phytoecological characteristices of semi-desert vegetation found in oil-polluted 

soils of Shirvan district


Abstract

Taking into account the very important role of the environment and ecology in ensuring the health and food safety of the population, a consistent and efficient state policy is implemented in our country in the direction of protecting the ecological balance. Minimization of environmental pollution, improvement and protection of the ecological situation are the main directions of our state's policy in this direction. In modern times, when oil products are extracted, due to anthropogenic and technogenic effects, soils are subjected to the degradation process and some species of our flora are suppressed. In the phytoecological or ecological-geobotanical studies conducted by us for the first time in the soils polluted by crude oil, fuel oil and lysates in the Pirallahi oil field of the State Oil Company of the Republic of Azerbaijan "Shirvan Neft" Oil and Gas Extraction Department (NGCI), it is important to study the species composition and structure of the contaminated vegetation. 

Nowadays phytoecological studies and investigations on oil-contaminated soils are one of the most urgent environmental problems in our country. Therefore, while taking soil samples in the mines of "Shirvan Neft" in the territory of Shirvan region, the species composition of phytocenoses in the polluted areas was determined. The species composition and structure of the semi-desert type formations spread in the selected samples and areas (around the oil wells) were studied in the conducted scientific-research works. The clean plants and those contaminated with fuel oil (oil products) found in the area were herbarium, and the names of the species were specified. The results of the conducted phytoecological studies were used in "Vegetation Classification". Thus, the semi-desert vegetation recorded in the oil-contaminated lands of "Shirvan Neft" was classified in 1 association belonging to 1 formation group.

Keywords: phytocenosis, association, formation group, mesoxerophyte, phytotoxic




Baxış: 316