Arxiv
Təbiət və elm 2024 Təbiət və elm 2023 Təbiət və elm 2022 Təbiət və elm 2021 Təbiət və elm 2020 Təbiət və elm 2019

DOI: https://doi.org/10.36719/2707-1146/42/35-39

Rasimə Hüseynova

Heyvandarlıq Elmi Tədqiqat İnstitutu

rasimahuseynova74@gmail.com

Səfa Musayeva

Heyvandarlıq Elmi Tədqiqat İnstitutu

ms815632@gmail.com

UOT: 638.22


TUT İPƏKQURDUNUN İSTİLİYƏ DÖZÜMLÜ HİBRİDLƏRİNİN YARADILMASI


Xülasə

Azərbaycanda qeyri-neft sektoruna aid olan kənd təsərrüfatı sahələrinə: heyvandarlıq, bitkiçilik, çayçılıq, tütünçülük, arıçılıq, ipəkçilik və s. aiddir. Ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə əlaqədar həyata keçirilən tədbirlər cərçivəsində baramaçılıq və ipəkçilik sahəsinin bərpası və inkişaf etdirilməsi kənd təsərrüfatının prioritet istiqamətlərindən biri kimi müəyyən edilmişdir. Azərbaycanda son vaxtlar yaradılmış tut ipəkqurdu cinslərin çarpazlaşdırılması nəticəsində alınmış hibridlərin hər tərəfli öyrənilməsi, onlardan ipək məhsuldarlığına, xüsusilə baramaların texnoloji göstəricilərinə və ekoloji dözümlülüyünə görə daha yaxşılarının seçilib rayonlaşdırılması planlı qaydada aparılan seleksiya tədqiqat işlərinin yekun mərhələsini təşkil edir. 

Respublikamızın aran rayonları üçün istiliyə dözümlü tut ipəkqurdu cins və hibridlərinin seleksiyaçılar tərəfindən yaradılmasına aid elmi-tədqiqat işlərinə hələ 1965-1973-cü illərdə başlanılmışdır. Azərbaycan ipəkçilik elminin görkəmli nümayəndəsi, Az.EA-nın müxbir üzvü, b.e.d., professor R.A.Hüseynovun rəhbərliyi altında ölkəmizin aran rayonlarında yemləmələri aparılmış Aran, Yaşar cinsləri və onların düzünə və tərsinə hibridləri yaradılmışdır (Abbasov, 2009).

Təcrübələr 2 müxtəlif mühitdə (optimal və pessimal) aparılmışdır. Optimal mühit kimi 1958-ci ildən Z.A.Axundov tərəfindən Azərbaycan Respublikası yemləmələri üçün tövsiyə edilmiş aqrozootexniki normalardan, pessimal mühit kimi tərəfimizdən hazırlanmış yeni aqrozootexniki normalardan istifadə edilmişdir (Abbasov, 2010). 

Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun “Tut ipəkqurdu seleksiyası laboratoriya”sında yaradılmış Uğur, Ordubad-1, Ordubad-2, Muğan-1 və Muğan-2, Gürcüstan ETİİ-dan introduksiya olunmuş Mizuri-1 və Muziri-5 və nəzarət olaraq Mayak-2 və Mayak-3 cinslərindən, və Mayak-2×Mayak-3 hibridindən istifadə olunmuşdur (Məmmədov, 2019).

Açar sözlər: cins, hibrid, istilik, məhsuldarlıqseleksiya


Rasima Huseynova

Scientific Research Institute of Animal Husbandry 

rasimahuseynova74@gmail.com

Safa Musayeva 

Scientific Research Institute of Animal Husbandry 

ms815632@gmail.com


Creation of heat tolerant hybrids of mulberry silkworm


Abstract

Agricultural fields belonging to the non-oil sector in Azerbaijan include: animal husbandry, plant growing, tea growing, tobacco growing, beekeeping, sericulture, etc. The restoration and development of cocooning and sericulture has been identified as one of the priority areas of agriculture in the framework of the measures implemented in connection with the development of the non-oil sector in our country. Comprehensive study of the hybrids obtained as a result of the crossbreeding of mulberry silkworm breeds recently created in Azerbaijan, selection and regionalization of the best ones based on their silk productivity, technological indicators of cocoons, and environmental tolerance constitute the final stage of the selection research works conducted in a planned manner.

Scientific research works related to the creation of heat-tolerant mulberry silkworm breeds and hybrids by breeders for the lowland regions of our republic were started in 1965-1973. Aran, Yashar breeds and their straight and reverse hybrids were created in the lowland regions of our country under the leadership of professor R.A.Huseynov, a prominent representative of Azerbaijan's sericulture science, corresponding member of Az.EA, B.E.D.

Experiments were conducted in 2 different environments (optimal and pessimal). The agrozootechnical norms recommended by Z.A.Akhundov for the fodder of the Republic of Azerbaijan since 1958 were used as the optimal environment, and the new agrozootechnical norms developed by us as the pessimistic environment.

Ugur, Ordubad-1, Ordubad-2, Mughan-1 and Mughan-2 created in the "Mulberry Silkworm Breeding Laboratory" of the Animal Husbandry Scientific Research Institute, Mizuri-1 and Muziri-5 introduced from Georgia ETİİ, and Mayak-2 as a control. and Mayak-3 breeds, and Mayak-2×Mayak-3 hybrid were used.

Keydwords: breed, hybrid, heat, productivity, selection


Baxış: 234