Arxiv
Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

https://doi.org/10.36719/2663-4619/105/49-54

Səbinə Cəfərova

Azərbaycan Tibb Universiteti

tibb üzrə fəlsəfə doktoru

doktorsabina72@mail.ru

Sevinc İsmayılova

Azərbaycan Tibb Universiteti

tibb üzrə fəlsəfə doktoru 

ismayilova.sevinc1982@gmail.com

Nuranə Hüseynova

Azərbaycan Tibb Universiteti 

doktor_tagiyeva@rambler.ru


Uşaqlarda nekrotik enterokolitin etiologiyası və yayılması


Xülasə

Məqalədə uşaqlarda nekrotik enterokolitin etiologiyası və yayılmasına dair qısa məlumatlar verilmiş və son illər bu problemin öyrənilməsi üzrə əldə edilən uğurlar və təcrübə paylaşılmışdır. Yenidoğulanlarda nekrotik enterokolit (NEK) ağır xəstəliklərdən sayılaraq, 30-50 % uşaqlarda ölümə səbəb olur. Xəstəliyin gedişi ağırlığından və yenidoğulanların yetkinlik dərəcəsindən asılıdır. Son illər NEK zamanı ən təhlükəli ağırlaşmalardan biri hesab olunan mədə-bağırsaq yolunun perforasiyasının artması davam edir. Bu zaman letallıq 40-80 %-ə qədər yüksəlir. Bəzən daha ağır yanaşı patologiyalar müşahidə edilən xəstələrdə ölüm 100 %-ə bərabərdir. Daha yüksək letallıq bədən kütləsi 1000 qramdan az olan vaxtından qabaq doğulanlarda baş verir və 45-100 % arasında tərəddüd edir. Neonatal dövrdə keçirilən NEK uşaqların sonrakı inkişafına və sağlamlığına bilavasitə təsir göstərir: körpələrdə qısa bağırsaq sindromu, malabsorbsiya kimi ağırlaşmalar, 36 %-də isə fiziki inkişafdan geri qalma, MSS-də funksional pozulmalar inkişaf edir. Bu uşaqlarda ağrı sindromu ilə müşayiət olunan bağırsağın morfofunksional dəyişiklikləri, dispeptik əlamətlər davam edir, bağırsaq mikrobiosenozu əhəmiyyətli dərəcədə pozulur, immunitet aşağı enir.

Açar sözlər: nekrotik enterokolit, risk faktorları, erkən yaşlı uşaqlar, etiologiya, letallıq, yayılma


Sabina Jafarova

Azerbaijan Medical University

Doctor of Philosophy in Medicine

doktorsabina72@mail.ru

Sevinj Ismayilova

Azerbaijan Medical University

Doctor of Philosophy in Medicine

ismayilova.sevinc1982@gmail.com

Nurana Huseynova

Azerbaijan Medical University

doktor_tagiyeva@rambler.ru


Etiology and Distribution of Necrotic Enterocolitis in Children


Abstract

The article provides brief information on the etiology and prevalence of necrotic enterocolitis in children, and shares the achievements and experience of studying this problem in recent years. Necrotic enterocolitis (NEC) in newborns is considered a serious disease and causes death in 30-50 % of children. The course of the disease depends on the severity and degree of maturity of the


 

 newborns. In recent years, perforation of the gastrointestinal tract, which is considered one of the most dangerous complications during NEC, continues to increase. At this time, the lethality increases to 40-80 %. Sometimes the death rate is 100 % in patients with more severe co-morbidities. Higher lethality occurs in preterm infants with a body weight of less than 1000 grams and ranges from 45 to 100 %. NEK performed during the neonatal period directly affects the further development and health of children: complications such as short bowel syndrome and malabsorption occur in infants, while 36 % of them develop physical retardation and functional disturbances in the CNS. In these children, intestinal morphofunctional changes accompanied by pain syndrome, dyspeptic symptoms continue, intestinal microbiocenosis is significantly disturbed, and immunity decreases.

Keywords: necrotic enterocolitis, risk factors, early-aged children, etiology, lethality, prevalence


Baxış: 137